Yuxarı

Daşnakların Qarabağı yenidən işğal etmək niyyəti...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daşnakların Qarabağı yenidən işğal etmək niyyəti...

Geosiyasi müstəvidə ABŞ-Rusiya danışıqlarının əsas gündəm olduğu vaxt Ermənistanda revanşist qüvvələr yenidən ümidlənib. Daşnaklar ümid edirlər ki, Qarabağı yenidən işğal edə bilərlər.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, “Daşnaksütyun” partiyasının üzvü, “Ermənistan” fraksiyasından olan deputat Artur Xaçartyanın iddiaları bu kontekstdə xüsusilə diqqət çəkir.

Xaçatryan bildirib ki, dünyada və regionda baş verənlər ya tamamilə məhvə, ya da ümid qapılarının açılmasına doğru gedir.

“Buna görə Qarabağ məsələsini qapalı hesab etməyə tələsməyin. Ermənistan hakimiyyəti çox yöndəmsiz vəziyyətdə qalır. Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin tələbini yerinə yetirərək, Minsk qrupunun buraxılmasına haqq qazandırmağa çalışır. Halbuki, dünən Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasındakı danışıqlarda təkcə Ukrayna deyil, həm də Qafqaz və Mərkəzi Asiya da müzakirə edilib”, - o iddia edib.

Səudiyyədə keçirilən görüşdə belə bir müzakirə haqda nəinki informasiya, heç ehtimal belə yoxdur. Bu, daşnakların xəyallarından başqa bir şey deyil.

Tarix
2025.02.19 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyədən unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla