Yuxarı

Tərtərdə müəmmalı qətl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtərdə müəmmalı qətl

Tərtər rayonunda qətl hadisəsi baş verib.

Vasif Hüseynov küçəsi, 2 saylı evdə yaşayan Mirzəyev Sənan Ərşad oğlu evində qətlə yetirilib.

Məlumata görə, mərhum evinin yanında avtomobillərin yuyulması məntəqəsini işlədirmiş. Saat 19.00 radələrində məntəqənin işçisi onun evinə gəlib və mərhumun meyidi ilə qarşılaşıb.

Dərhal polis şöbəsinə məlumat verib. Hadisə yerinə və meyidə baxış keçirən hüquq mühafizə orqanlarının nümayəndələri Sənan Mirzəyevin döş qəfəsində bir ədəd güllə yarası və üzündə xəsarətlər olduğunu müəyyən edib.

Qeyd edək ki, mərhum evdə tək yaşayırmış. Tərtər rayon prokurorluğundan verilən məlumata görə hazırda faktla bağlı araşdırma aparılır. Hələlik hadisənin kim və ya kimlər tərəfindən törədildiyi bilinmir (ANS).

Tarix
2014.02.19 / 22:35
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla