Yuxarı

Qazaxıstan Parlamentinin sədri Azərbaycanda rəsmi səfərdədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan Parlamentinin sədri Azərbaycanda rəsmi səfərdədir

Qazaxıstan Parlamentinin sədri Nurlan Niqmatullin Azərbaycana rəsmi səfərə gəlib.

"Axar.az" APA-ya istindən xəbər verir ki, Nurlan Niqmatullini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və Qazaxıstanın ölkəmizdəki səfiri qarşılayıblar. Hava limanında jurnalistlərə açıqlama verən Nurlan Niqmatullin bildirib ki, Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlardır: "Əlaqələrimiz kökü qədim tarixə dayanır. Biz Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edirik və bu əməkdaşlıq günü-gündən inkişaf edir. Mən birinci dəfədir ki, Azərbaycana səfər edirəm. İnanıram ki, bu səfərim ölkələrimiz üçün səmərəli olacaq".

N.Niqmatullin bildirib ki, səfər çərçivəsində ölkələrimizin parlamentləri arasında əməkdaşlığa dair saziş imzalanacaq. Eyni zamanda ikitərəfli münasibətlərin daha da genişləndirilməsi barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan MM-in sədri Oqtay Əsədov da Qazaxıstana bu il ərzində səfərə dəvət olunub.

Tarix
2014.02.19 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla