Yuxarı

Mask ABŞ-ın tarixi müttəfiqini təhqir etdi – Nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mask ABŞ-ın tarixi müttəfiqini təhqir etdi – Nə baş verir?

Donald Tramp uzun illərdir ABŞ-ın strateji müttəfiqi hesab olunan Böyük Britaniyaya da etibar etmir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Trampın sağ əli olan İlon Mask Böyük Britanyanın Baş nazri Keyr Starmerin ünvanına təhqiramiz fikirlər söyləyib:

“Amerikalı milyarder Mask Starmeri ABŞ-da prezident seçkilərinə müdaxilə etməkdən və Londonun bu məqsədlə Vaşinqtona agentlər göndərməkdən tutmuş onu asiyalı miqrantların kütləvi zorlanmasında iştiraka qədər, müxtəlif cinayətlərdə ittham edib. “Starmer mühakimə olunmalıdır” deyən Mask Böyük Britaniyanın baş nazirinin istefa verməsinin vacibliyini bildirib. İlon Mask Böyük Britaniyanın radikal sağçı “Reform UK” partiyasının lideri Naycel Faracı dəstəklədiyini və onun partiyasını maliyyələşdirəcəyini gizlətməyib. Doğrudur, Naycel Farac vaxtilə ölkəsinin Avropa Birliyindən çıxmasına nail olsa da, onun Böyük Britaniyada elə böyük nüfuzu yoxdur. Buna baxmayaraq, İlon Mask başqa ölkənin daxili işlərinə qarışmaqda, liderini aşağılamaqda və başqa ölkənin partiyasını maliyyələşdirməklə qanun pozunsutuna yol verməkdə qəbahət görmür. Necə ki, Mask Almaniyanın daxili işlərinə qarışaraq, bu ölkənin ifrat sağçı Almaniya üçün Alternativ Partiyasını dəstəkləməyi lazım bilib.

Keyr Starmer Vaşinqtondan onun ünvanına səslənən ittihamlara sərt cavab vermək istəmir, yəqin düşünür ki, belə edərsə, ABŞ-Böyük Britaniya ittifaqının sonunu yaxınlaşdıra bilər. Ancaq məsələ burasındadır ki, bu ittifaq Tramp və onun yaxın ətrafını artıq düşündürmür. Tramp Ukrayna prezidentinə ultimativ tələblər irəli sürərkən, Starmer Kiyevlə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb, Rusiya ilə mübarizəni davam etdirmək üçün Vladimir Zelenskiyə siyasi, hərbi və maliyyə dəstəyini artırıb. Aydındır ki, Starmerin bu siyasəti Trampın xoşuna gəlmir. Ağ Ev sahibi bundan çıxış edərək daha bir ənənəni pozaraq ilk xarici səfərini Böyük Britaniyaya deyil, Səudiyyə Ərəbistanına reallaşdırmaq istəyir. Çünki Səudiyyə Ərəbistanı ABŞ-dan 450 milyard dollarlıq mal almağa razılaşıb”.

Tarix
2025.02.23 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla