Yuxarı

İran parlamentinin ana dili qərarına daha bir etiraz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran parlamentinin ana dili qərarına daha bir etiraz

Müxtəlif xalqlardan olan iranlı müəllimlər İran parlamentinin qeyri-fars dillərin məhdud tədrisini nəzərdə tutan qanun layihəsini təsdiq etməməsinə etiraz ediblər.

Axar.az xəbər verir ki, bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurasının bəyanatında bildirilib.

Bəyanat müəllifləri İran parlamentinin bu hərəkətini ölkədə başqa dillərə olan ögey münasibətin nümunəsi adlandırıb, bunu sistemli şəkildə tətbiq edilən dil ayrı-seçkiliyi kimi dəyərləndiriblər:

“Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Konvensiyasına əsasən, ana dilində təhsil milliyyətindən və dilindən asılı olmayaraq, bütün insanların əsas və təbii hüquqlarından biridir. İran hökuməti isə 40 ildən çoxdur buna əhəmiyyət vermir və mədəniyyətlərə, dillərə qarşı repressiyalarını davam etdirir”.

Qeyd edək ki, fevralın 26-da İran parlamentinin açıq iclasında qeyri-fars dillərin həftədə 2 saat tədrisini nəzərdə tutan qanun layihəsi səsvermədən keçməyib.

Bu, İranın qeyri-fars xalqlarının etirazına səbəb olub. Hökumət isə qanun layihəsinin müəyyən redaktələrlə yenidən parlamentə təqdim ediləcəyini açıqlayıb.

Tarix
2025.02.28 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla