Yuxarı

Bu, Zelenski və Trampın razılaşdırılmış şousu idi: Hədəf isə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü ilk növbədə Trampın Zelenskini hörmətlə qarşılaması ilə diqqət çəkdi. Bir neçə gün öncə Ağ Evin qonağı olmuş Emanuel Makron belə nəzakətli qarşılanmağa layiq görülməmişdi.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Cavanşir Feyziyev ötən gün Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında yaşanan mübahisə haqda qeyd edib.

Onun fikrincə, bu cür qarşılanmadan sonra baş verənlər olduqca şübhəli görünür:

“Ən maraqlı sual budur ki, jurnalistlərin suallarını cavablandırarkən yaranan “qalmaqal” nə idi?

Sosial şəbəkələrdə Trampı söyənlər, Zelenskini “qəhrəman” elan edənlər və ya əksinə, Trampı tərifləyib, Zelenskini qınayanlar nəticə çıxarmağa tələsməsinlər. Hadisənin detallarına dərindən diqqət yetirdikdə bu qalmaqalın reallığına şübhələr yaranır. Bu şübhələri saf-çürük etmədən Ağ Evdə doğrudan nəyin baş verdiyini anlamaq çətin olacaq. Eyni zamanda bu şübhələrin həqiqət olub-olmadığını da tezliklə ayırd etmək mümkün olmayacaq. Yalnız hadisələrin sonrakı inkişafı bu məsələlərə aydınlıq gətirə biləcək. Beləliklə, Ağ Evdə baş verən qalmaqal nə idi?

Birinci ehtimal: Zelenskini təlimatlandırmaqla Ağ Evin ssenarisi ilə öncədən səhnələşdirilmiş bir şou idi. Tramp administrasiyası Rusiyanı danışıqlara şirnikləndirmək və gözlənilən danışıqlar ərəfəsində onun Trampa etimadını artırmaq və Trampın qoyacağı şərtlərin Putin tərəfindən qəbul olunmasını asanlaşdırmaq məqsədi ilə belə bir “qalmaqal” şousu oynanıla bilərdi. Zelenskinin ABŞ-dan təkidlə təhlükəzlik zəmanəti “tələb etməsini” Ağ Ev Rusiyaya təzyiq etmək üçün istifadə edə bilər. Digər tərəfdən, bu səhnələşdirilmiş mübahisə Avropanı daha çox səfərbər etməyə və Ukraynaya daha çox yardım etməyə sövq etmək üçün oynanıla bilər.

Üçüncü bir tərəfdən, bu qalmaqalı Amerika seçiciləri qarşısında Trampı “qəhrəmanlaşdırmaq”, Obama və Baydenin simasında demokratların apardığı siyasətin nə qədər ağılsız, səmərəsiz və hətta həm ABŞ, həm də digər ölkələr üçün nə dərəcədə zərərli və dağıdıcı olduğunu bir daha təsdiq etmək cəhdi kimi də qiymətləndirmək olar. Əgər ssenari budursa, deməli, Tramp administrasiyası eyni zamanda Avropaya, Rusiyaya və Amerikadakı siyasi rəqiblərinə, yəni demokratlara qarşı oyun nümayiş etdirirdi. Bu halda əsl danışıqlar, həqiqi substantiv danışıqlar görüşün qapalı mərhələsində tamamilə başqa tonda və məcrada aparılacaqdı. Belə düşünməyə əsas verən amillərdən biri də həm Trampın, həm də Zelenskinin bioqrafiyasında “şoumenlik” stajının olmasıdır. Əgər bu qalmaqal tərəflər arasında öncədən razılaşdırılmış ssenari üzrə süni şəkildə yaradılıbsa, hesab etmək olar ki, hər iki tərəf öz rolunu məharətlə oynadı və bu oyun ilk növbədə Putinə qarşı qurulub. Putinin bu səhnəni necə oxuması isə bir başqa məsələdir.

İkinci ehtimal: Əgər bu qalmaqal öncədən ssenariləşdirilməyibsə və bu vəziyyət real olaraq spontan şəkildə yaranıbsa, o zaman Ukraynanın başı bəladadır. O zaman Ukrayna dərhal Zelenskini hakimiyyətdən qovmalı və dövləti bu ağır vəziyyətdən ən az itkilərlə çıxarmağa qadir olan və Ağ Evlə danışıqlar aparmaq üçün müvafiq siyasi davranış qaydalarını yaxşı mənimsəmiş bir adam tapmalıdır. Doğrusu, Zelenskinin həqiqətən özünü bu cür aparması heç inandırıcı görünmür. O, yeri gəldi-gəlmədi Trampın və digərlərinin cavablarına müdaxilə edir və doğrusu, özünü çox xam və siyasətdən uzaq bir diletant kimi göstərirdi. 3 il davam edən müharibənin gedişində saysız-hesabsız görüşlər keçirmiş bir dövlət başçısının bu cür davranması isə ağlabatan gprünmür. Ona görə “şou” ehtimalı daha inandırıcı görünür”.

Tarix
2025.03.01 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

“İlham Əliyev bizim olsaydı…” – Arestoviç nəyi qəsd etdi?

Pezeşkian etiraf etdi ki, dövləti o idarə etmir

Xamenei bu dəfə “ukraynca” xəbərdarlıq etdi

Felmar Ələkbərli vəfat etdi

Ağ Evdəki davanın ən üzücü nəticəsi: “Şantaj” başladı

Qazaxıstandan təyyarə qəzası ilə bağlı növbəti açıqlama

Rasizadə bunu bizə qadağan etmişdi – NK-nın sektor müdiri

Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir?

Azərbaycanlı döyüşçüdən Putinə müraciət - Video

Əmisi oğlunun pasportu ilə Bakıya uçan şəxs tutuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla