Yuxarı

Abdullayev Ağ Ev qalmaqalından nələr yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu müharibənin ilk günündən mən iki ən yaxın xalqdan danışmışdım. Ruslar və ukraynalılar - ukraynalılara və ruslara qarşı. Dəhşətli itkilərdir. Amma ogünkü görüş dünyanın bütün siyasətçiləri üçün tamamilə göstərici idi. Dövlət xadimi öz xalqının, ölkəsinin yaxşılığını düşünməyə, emosiyaya qapılmamağa borcludur.

Axar.az xəbər verir ki, bunu xalq yazıçısı Çingiz Abdullayev Ukrayna Prezidenti Vladimir Zelenskinin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə mübahisəsi ilə bağlı sosial şəbəkə hesabında qeyd edib.

“Yadınıza salın, Paşinyan prezidentimizlə söhbətində necə həyasızcasına “Qarabağ Ermənistandır, nöqtə” demişdi. Ona necə cavab verilməli idi? Qışqırmaq? Danışıqları dayandırmaq? İlham Əliyev necə diplomat olduğunu bütün dünyaya göstərdi. Bəs torpaqlarımızın beşdə birini zəbt etmiş rəzil Köçəryanla Heydər Əliyevin ünsiyyəti asan idimi? Stalin həqiqətən Hitlerlə danışıqlar aparmaq istəyirdi? Başa düşmürdü ki, manyakın məqsədi şərq torpaqlarıdır? Amma hər şeyə rəğmən, o, müharibəni təxirə salmaq istəyirdi. Lazım olanda Mustafa Kamal Atatürk Rusiyada bolşeviklərlə müqavilə bağlayaraq pul və silah aldı.

Belə yüzlərlə misal çəkmək olar. Ərdoğan və Putin rus pilotun ölümündən sonra da yenidən razılığa gələ bildilər. Müharibə zamanı Rusiya helikopteri vurulanda rəhbərlərimiz necə də ağıllı davranırdılar.

Mən Ukraynanı çox sevirəm. Bu ölkədə milyonlarla oxucum var. Amma Zelenskinin özünü itirməyə haqqı yox idi. Hətta “onun kostyumu varmı” kimi istehzalı suala cavab verməklə vəziyyəti hiss etməli idi. O, orijinal zarafat edə bilərdi. Amma heç kimlə mübahisə etməməli idi. Çox böyük təəssüf. Dövlət adamı öz məsuliyyəti haqqında düşünməlidir.

Bəzən jurnalistlərimizə, blogerlərimizə sadəcə heyrətlənirəm. Mən diplomat deyiləm, siyasətçi də deyiləm. Amma bir erməni “ekspert” rus kanalında həyasızcasına mənə deyəndə ki, biz onları heç vaxt məğlub edə bilməyəcəyik, çünki onlar döyüşçü xalqdır, azərbaycanlılar isə alverçi xalqdır, onda Şuşada ölmüş qardaşımı yadıma salıb, qarşımdakını söyməli idim? Qalmaqal yaratmalı idim? Mən ona cavab verdim ki, bizi zaman mühakimə edəcək və müharibənin necə bitəcəyini görəcəyik. Bunun necə bitdiyini hamı bilir”, - Abdullayev bildirib.

Tarix
2025.03.03 / 14:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Li Çianqla görüşdü

Bakının dəvətini müzakirə edəcəyik - Andreasyan

Prezidentin Çin səfəri: 3 mühüm məsələ... - Ekspert

Azərbaycan Çinlə elə bir saziş imzaladı ki...

Saziş imzalandı: Çinə nə vaxt vizasız gedə biləcəyik?

Prezident Cao Lıci ilə görüşdü

Prezident Çində, görün, hansı mahnı ilə qarşılandı - Video

Netanyahu Bakıya səfər edəcək? – Təcili

Prezident Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət etdi

Prezidentin nəvələri Çin lideri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla