Yuxarı

Müdafiə Nazirliyindən güllələnən əsgərlə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyi bəzi KİV-də hərbi hissəni özbaşına tərk etmiş əsgər Cəmil Hüseynzadənin yaralı vəziyyətdə tapılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Nazirliyin mətbuat xitmədindən Trend ə verilən məlumata görə, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqətəuyğun deyil.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Xatırladaq ki, bu olayı mətbuatda ilk olaraq biz yazmışıq və "Axar.az" Müdafiə Nazirliyinin münasibətini öyrənmək üçün bir neçə dəfə nazirliyin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayevlə əlaqə saxlamağa çalışıb. Lakin hər dəfə bir bəhanə ilə mayor Teymur Abdullayev açıqlama verməkdən imtina edib. C.Hüseynzadənin zabir və əsgərlər tərəfindən döyüldüyü, sonra isə güllələnərək kanala atılması barədə iddianı isə əsgərin valideynləri qaldırıblar (Bu linklərə daxil olmaqla olay barədə ətraflı məlumat ala bilərsiniz: "http://axar.az/news/850", "http://axar.az/news/877", "http://axar.az/news/884").

Tarix
2013.11.02 / 21:02
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla