Yuxarı

Suriyada ələvilərin soyqırımı baş verib? - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada ələvilərin soyqırımı baş verib? - General

İnsan haqları üzrə müşahidəçilərin və BMT nümayəndələrinin açıqlamalarına görə, Suriyadakı son toqquşmalarda təxminən minə yaxın mülki vətəndaş ölüb. Əlbəttə ki, Suriyada baş verən hadisələrlə bağlı ölənlərin dəqiq sayını bilmək mümkün deyil, çünki hər iki tərəf üçün böyük dezinformasiyanın olduğu açıq şəkildə görünür. Digər bölgələrdə daha əvvəl törədilmiş qətliamların görüntüləri və səsləri birləşdirilərək təqdim edilir.

Bu sözləri Axar.az-a ehtiyatda olan türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauz Suriyada baş verən son olaylarda qətliam faktının olması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, bu hadisələr Suriya ətrafında böyük güclərin oyunudur:

“Aydındır ki, burada böyük bir oyun gedir. Çünki Suriyada baş verən bu hadisələr ölkənin bütöv qalması, parçalanması və ya federativ bir quruluşa çevrilməsi uğrunda gedən mübarizənin nəticəsidir. Suriyanın bölünməsini istəyən dövlətlər və ya qruplar bu hadisələri qəsdən qızışdırır. Digər tərəfdən, heç kim, xüsusilə də məzhəbçi yanaşma ilə mülki insanların öldürülməsini arzulamaz. Bu, nə hüquqa, nə də insani dəyərlərə uyğun bir davranışdır.

Suriyanın yeni rəhbəri Colani (Əhməd əş-Şara) də bildirib ki, mülki ölümlərə səbəb olanlar və səlahiyyətlərini aşanlar hüquq çərçivəsində cəzalandırılacaq”.

Ekspert qeyd edir ki, hadisələrə soyuqqanlı yanaşmaq mövcud vəziyyətdən çıxmağa yardım edə bilər:

“Aydındır ki, islam dünyasına ən böyük zərər məzhəblərarası qarşıdurmalardan gəlib. Bu məzhəb ayrılığını qızışdırmaq və toqquşma mühiti yaratmaq yalnız Suriyanı deyil, bütövlükdə Orta Şərqi risk və xaosa sürükləyəcək addımdır. Hər kəsin soyuqqanlı davranması, başqa güclərin əlində alət olmadan hadisələrə sağlam və Suriyanın bütövlüyü prizmasından baxması bölgədə daha çox qan tökülməsinin qarşısını alacaq”.

Qeyd edək ki, Əsəd tərəfdarları (ələvi-nüseyrilər) ilə hökumət qüvvələri arasında Latakiyada toqquşmalar 6 martdan başlayıb.

Tarix
2025.03.10 / 14:47
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla