Yuxarı

NEQSOL Holding xüsusi tədbir keçirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NEQSOL Holding” universitetlərdə təhsil alan tələbə qızlara Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramı vasitəsilə dəstəyini davam etdirir.

Axar.az xəbər verir ki, cari tədris ilində 50 yeni tələbə seçilərək proqrama qəbul olunub və ümumi iştirakçı sayı 100 nəfərə çatıb.

Yeni seçilmiş tələbələr tədbir zamanı “NEQSOL Holding” və Təhsilin İnkişafı Fondunun nümayəndələri, eləcə də ötən ilin məzunları ilə görüşüblər. Tədbirdə onlar hər iki təşkilatın nümayəndələrindən və əvvəlki ilin məzunlarından faydalı məsləhətlər alıb, həmçinin proqramın təqdim etdiyi imkanlar haqqında bir daha ətraflı məlumat əldə ediblər.

Cari tədris ilində proqrama qəbul olan 50 tələbə 791 ərizəçi arasından seçilib, bu isə ötənilki 674 müraciətlə müqayisədə daha yüksək rəqabəti əks etdirir. Seçim prosesinin yekun mərhələsində 120 namizədlə müsahibə əsasında 50 nəfər proqrama qəbul olunub. Əvvəlki ildə olduğu kimi, seçim meyarları tələbələrin akademik uğurlarına və sosial-iqtisadi vəziyyətinə əsaslanıb.

Proqram iştirakçıları təhsil aldıqları müddətdə “NEQSOL Holding” tərəfindən təmin edilən aylıq maliyyə dəstəyi alacaqlar və bir sıra imkanlardan yararlana biləcəklər. Bu imkanlara ingilis dili dərsləri, IELTS imtahanına hazırlıq və imtahanın ödənişi, təcrübə proqramları, mentorluq, master-klasslar, eləcə də “NEQSOL” Academy vasitəsilə aparıcı dünya universitetlərinin onlayn proqramlarına və LinkedIn Learning platformasının alətlərinə çıxış daxildir.

“Təhsil və insan kapitalının inkişafı “NEQSOL Holding”in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritet sahələridir. “Parla” proqramı vasitəsilə gənc istedadları yeni bilik, bacarıq və imkanlarla dəstəkləyirik. Təhsilə yatırım davamlı inkişafı təşviq edir, innovasiyanı dəstəkləyir və daha inklüziv bir cəmiyyətin inkişafına töhfə verir”, – deyə “NEQSOL Holding”in Baş Direktoru Yusif Cabbarov bildirib.

“Parla” proqramı özəl və dövlət sektorlarının güclü əməkdaşlığı ilə əldə edilə biləcək uğurun nümunəsidir. Proqram qadın tələbələrin təhsil yolunu daha da zənginləşdirir, eləcə də onlara peşəkar dünyada uğur qazanmaq və cəmiyyətin inkişafına töhfə vermək üçün yeni bacarıqlar və özünəinam qazandırır”, – deyə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, Elnur Nəsibov vurğulayıb.

“Təhsilin həyatları dəyişmək və müsbət təsir yaratmaq gücünə inanırıq. Parla proqramı tələbələrin tam potensialına çatmasına dəstək verir. Məqsədimiz onların parlamasını, uğur qazanmasını və başqalarına ilham verməsini görməkdir. Təhsil və inklüzivliyə sərmayə etməyə sadiq qalaraq cəmiyyətin parlaq gələcəyinə töhfə veririk”, – deyə “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə bildirib.

“NEQSOL Holding”, istedadlı tələbələri dəstəkləmək baxımından “Parla” proqramının əhəmiyyətini nəzərə alaraq, onu inkişaf etdirməyə və genişləndirməyə davam edəcək.

“NEQSOL Holding” telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Tarix
2025.03.10 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Zori Balayanla bu tarixdə tanış olmuşam - Qukasyan

Arutyunyan qanunsuz silahlı birləşmələrin adını saydı

Şimali Makedoniya prezidenti Bakıya gəldi

Aviasiya Akademiyasında "Boinq" uçuş simulyatoru quraşdırıldı

Qukasyandan Qarabağda erməni dili ilə bağlı etiraf

Əliyevlə xüsusilə bu məsələ barədə danışdıq - Ərdoğan

Putin Sahibə Qafarovanı ordenlə təltif etdi

Ukraynada bu sülhün tərəfdarıyıq - Qurtulmuş

Ceyhun Bayramov Qazaxıstana getdi

Tofiq Yaqubluya hökm oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla