Yuxarı

Azərbaycan BMT sessiyasında minalarla bağlı bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan BMT sessiyasında minalarla bağlı bəyanat yaydı

Azərbaycan mina çirklənməsinin fiziki məhdudiyyətli insanlara təsiri ilə bağlı narahatlığını ifadə edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin bəyanatında bildirilib.

Martın 10-da Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında Azərbaycanın daimi missiyası bəyanat təqdim edib. Bəyanatda Azərbaycan hökumətinin fiziki məhdudiyyətli qadınların ictimai həyata inteqrasiyasına, o cümlədən sosial müdafiə, reabilitasiya və fiziki məhdudiyyətli şəxslərin xüsusilə kənd yerlərində, ixtisaslarının artırılması və əmək imkanlarının yaxşılaşdırılmasına yönəlmiş proqramlara xüsusi əhəmiyyət verdiyini qeyd edilib.

Azərbaycan həmçinin öz ərazisində mina çirklənməsinin yüksək səviyyəsi ilə bağlı narahatlığını ifadə edib, əhalinin böyük bir hissəsinin keçmiş işğal olunmuş ərazilərdə erməni qüvvələri tərəfindən yerləşdirilmiş minalardan əziyyət çəkdiyini vurğulayıb.

“Mina çirklənməsi və Ermənistanın dəqiq mina sahələri xəritələrini təqdim etməkdən imtina etməsi qadınlar və uşaqlar da daxil olmaqla insanların həyatını almağa və şikəst etməyə davam edir”, – iclasda oxunmuş bəyanatda deyilib.

Rəsmi Bakı beynəlxalq ictimaiyyəti bu ərazilərin minalardan təmizlənməsində dəstək göstərməyə çağırıb və xüsusi məruzəçidən mina qurbanları probleminə diqqət yetirməsini xahiş edib.

Bundan başqa, Azərbaycan Qırğızıstan hökumətinə fiziki məhdudiyyətli şəxslərin hüquqları üzrə xüsusi məruzəçi ilə əməkdaşlığa görə təşəkkürünü bildirib və Qırğızıstanın fiziki məhdudiyyətli şəxslərin hüquqlarının qorunması üçün gördüyü tədbirləri təqdir edib.

Tarix
2025.03.11 / 01:28
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın bu sözü Türkiyə mediasında yanlış yozuldu

Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?

Azərbaycan buna icazə verməyə hazırdır - Overçuk

Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

XİN bu ölkəni təbrik etdi

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla