Yuxarı

Ceyhun Bayramov Tokayevlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov Tokayevlə görüşdü

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Axar.az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Qazaxıstan arasında iri strateji layihələrin, o cümlədən Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin və sualtı elektrik kabelinin çəkilməsinin həyata keçirilməsini müzakirə ediblər.

Tokayev bu görüşün çoxşaxəli dövlətlərarası əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

"Sizin səfəriniz qardaş Azərbaycanla əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanla əlaqələr bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz ölkənizi etibarlı strateji tərəfdaş və müttəfiq hesab edirik", - o vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin başçısı səmimi qəbula görə minnətdarlığını bildirib və ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb.

Ceyhun Bayramov "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı faciə ilə əlaqədar göstərdiyi operativ köməyə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.

Görüşdə həmçinin ticarət, investisiya, rəqəmsallaşma, tranzit və nəqliyyat sahələrində gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Tarix
2025.03.11 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla