Yuxarı

İt əl çəkib, Müvəhhedian əl çəkmir – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İt əl çəkib, Müvəhhedian əl çəkmir – Foto

Ermənidən daha artıq ermənipərəst olan və İranın Ermənistan sevgisinin ifadəsi üçün yetişdirilən iranlı Ehsan Müvəhhedian erməni qardaşları ilə növbəti görüşündən məlumat və foto paylaşıb.

Axar.az xəbər verir ki, Müvəhhedian X sosial şəbəkəsində ermənilərlə görüşü haqda bunları yazıb:

“Erməni ziyalıları ilə görüşdə İrəvanla bağlı İranın qırmızı xətlərində qəti dəyişikliyin olmamasını (sərhədin qorunması və geosiyasi dəyişikliklər), Türkiyənin Suriyadakı siyasətinin İran və Ermənistan üçün təhlükəsini vurğuladıq”.

Müvəhedianın görüşdən paylaşdığı fotoda keçmiş, qondarma, özünü buraxmış “dqr”in “bayrağını” əzizləməsi də müşahidə olunur ki, bu, artıq bütün sərhədlərin keçilməsidir.

İranda müstəqil ekspertlər yoxdur və vaxtilə Tehran rəsmilərinin etiraf etdiyi kimi, bəzən dövlətin ifadə edə bilmədiyi mövqeyi “ekspertləri” vasitəsilə dilə gətirirlər. Bu baxımdan Müvəhhedianın “mövqeyi” diqqəti çəkir. Əks halda İran öz “ekspert”inə “Qarabağın Azərbaycan ərazisi olduğunu 30 ildir müdafiə etdiyi”ni başa salardı.

Tarix
2025.03.12 / 12:19
Müəllif
Suzanna İsmayılova
Digər xəbərlər

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla