Yuxarı

İrəvan tələbləri qəbul etdi: amma hər şey bitmədi…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan tələbləri qəbul etdi: amma hər şey bitmədi…

Ermənistan sülh sazişi mətnində razılaşdırılmayan maddəni - üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasını qəbul edib. Bu, Azərbaycanın əsas tələblərindən biri idi. Paşinyan bildirib ki, sülh müqaviləsi imzalandıqdan sonra müşahidəçilər Ermənistan-Azərbaycan sərhədini tərk edəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Ermənistanın Azərbaycanın tələblərini qəbul etməsi və Azərbaycan və Ermənistan arasında sülh sazişi müzakirələrinin yekunlaşması haqda qeyd edib.

Politoloq bildirib ki, bundan öncə İrəvan müşahidəçilərin sərhədin delimitasiya olunmuş hissələrindən çıxarılması mövqeyində israr edirdi, lakin sonda Bakının tələbinə uyğun olaraq, AB qüvvələrinin ümumi sərhəddən uzaqlaşdırılması ilə razılaşdı:

“İstisna deyil ki, müşahidəçilər sərhəddən uzaq bölgələrdə ofis şəraitində işləyəcəklər, lakin sərhəddə patrul xidməti aparmayacaqlar.

Bu, Azərbaycan-Ermənistan münasibətlərində sülh mərhələsinin başlanması istiqamətində ciddi addımdır, lakin hələ hər şeyin yekunlaşması demək deyil. Əsas məsələ Bakı-İrəvan xəttində problemlərin üçüncü tərəf olmadan, müzakirə masasında həll edilməsi imkanlarının tükənməməsidir”.

Tarix
2025.03.14 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla