Yuxarı

Sülh mətni razılaşdırılıb, bəs İrəvan niyə savaş hazırlığı görür?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülh mətni razılaşdırılıb, bəs İrəvan niyə savaş hazırlığı görür?

Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi ilə bağlı danışıqlar yekunlaşıb. Lakin bu, yaxın zamanda tam sülhə nail olunacağı anlamına gəlmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Sultan Zahidov Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılması barədə danışarkən deyib.

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması üçün hələ vacib şərtlər yerinə yetirilməlidir:

“Birincisi, Ermənistan Konstitusiyasına dəyişiklik edərək Azərbaycana qarşı iddialardan rəsmi şəkildə imtina etməlidir. Ermənistanın hüquqi prosedurlarını nəzərə alsaq, bu, 2027-ci ildən tez baş verə bilməz, çünki həmin il konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsi nəzərdə tutulur”.

Politoloq bildirib ki, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı Ermənistan da Azərbaycanla birlikdə çağırış etməlidir:

“ATƏT-in Minsk Qrupu ilə bağlı Paşinyan bəyanat verərək, Ermənistanın buna hazır olduğunu bildirib. Lakin bu, təkcə bəyanat səviyyəsində qalmamalı, praktik addımlarla da təsdiqlənməlidir”.

Sultan Zahidovun sözlərinə görə, dayanıqlı sülhün təmin olunması üçün əsas maneələrdən biri də Ermənistanın hərbiləşdirilməsidir:

“Mediada olan məlumata görə, Ermənistan hazırda müharibəyə hazırlaşır, ehtiyat qüvvələri bir neçə aylıq təlimlərə cəlb edib, intensiv şəkildə Fransa və Hindistandan silah alır və sərhəd zonasında istehkamlar qurur. Bu isə onu göstərir ki, Ermənistan bir tərəfdən sülhdən danışsa da, digər tərəfdən mümkün müharibəyə ciddi hazırlıq görür. Belə olan halda, regiondakı qeyri-müəyyənlik artır və Azərbaycan Ermənistanın sülh niyyətindən tam əmin ola bilməz”.

Tarix
2025.03.15 / 09:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla