Yuxarı

Müharibədə Araik məni Talışa göndərdi, gördüm ki… – Levon

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibədə Araik məni Talışa göndərdi, gördüm ki… – Levon

Azərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 17-də davam etdirilib.

Axar.az xəbər verir ki, budəfəki məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyana dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçiləri tərəfindən suallar verilib.

Təqsirləndirilən şəxs 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı da Ermənistan silahlı qüvvələrinin Baş Qərargahına məruzə etdiyini, Qarabağdakı qondarma rejimin “rəhbərliyi”nə isə heç bir məlumat vermədiyini bildirib.

L.Mnatsakanyan qeyd edib ki, qondarma rejimdə “ordu”nun inkişaf planını və digər sənədlərini Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi təqdim edir, Ermənistan rəhbəri isə təsdiqləyirdi, qondarma rejimin “prezident”inin bu məsələ ilə bağlı heç bir səlahiyyəti olmayıb.

Təqsirləndirilən şəxs ifadəsində 2020-ci ildə 44 günlük müharibə zamanı Araik Arutyunyanın tapşırığı ilə Talış kəndi və cənub istiqamətində döyüş bölgəsində artilleriya bölməsində olduğunu da etiraf edib.

“Gəlib dedim ki, orada qanunsuzluq hökm sürür, özbaşınalıqdır”, – deyə o əlavə edib.

Tarix
2025.03.17 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla