Yuxarı

Kreml vasitəçilik inadından əl çəkmir: Xovayev yenə gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml vasitəçilik inadından əl çəkmir: Xovayev yenə gəlir

Kreml yenə Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olmaq istəyir. Halbuki Bakı və İrəvan vasitəçiyə ehtiyac olmadığını vurğulayır, hər iki tərəf mövcud razılaşmaları məhz birbaşa danışıqların nəticəsində əldə edib. Buna baxmayaraq, Kreml inadından əl çəkmir.

Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi bölgəyə göndərməyə hazırlaşır:

“Xovayev İkinci Qarabağ müharibəsindən sonra az qala ildə bir neçə dəfə Bakı və İrəvana səfərlər edib, tərəflər arasında vasitəçi rolunu oynamağa çalışıb. Ancaq hər dəfəsində Bakıda və İrəvanda ona mədəni şəkildə “vasitəçiyə ehtiyacımız yoxdur” cavabı verilib. Kremli bu cavab qane etmədiyinə görə, təşəbbüslərini davam etdirir. Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da daima təkrarlayır.

Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həm Azərbaycan Prezidenti İlham Əliyevi, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanı dəvət edib. İlham Əliyev və Nikol Paşinyan tədbirdə iştiraklarını təsdiq ediblər. Kreml bundan istifadə edərək Moskvada İlham Əliyevlə Nikol Paşinyan arasında görüş təşkil etmək istəyir. Görüşün başlanğıcında Vladimir Putinin də iştirakı istisna deyil. Kreml Bakı və İrəvanın finişə yaxınlaşdıqlarını hesab edərək gələcək sülh sazişinin Moskvada imzalanmasına çalışacaq”.

Tarix
2025.03.22 / 17:51
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla