Yuxarı

Makron sui-qəsdçiləri Bakıya niyə göndərib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron sui-qəsdçiləri Bakıya niyə göndərib?

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana sui-qəsd qrupu göndərməsi ilə bağlı məlumatlar bir neçə həftə əvvəl də mediada yayılmışdı. Lakin bu iddialar kifayət qədər məhdud xarakter daşıyırdı. Son olaraq bu məlumat Rusiyanın “Ədalətsizliyə qarşı mübarizə fondu” (FBİ) tərəfindən yenidən gündəmə gətirilib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib.

Onun sözlərinə görə, sözügedən fond əvvəllər “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinə məxsus olub:

“Hazırda isə bu fondun Rusiyanın hərbi kəşfiyyatı ilə əlaqəli bir qurum olduğu bildirilir. Rusiya ilə Fransa arasındakı geosiyasi rəqabəti nəzərə alsaq, yayılan bu məlumatların nə dərəcədə doğru olduğunu müəyyənləşdirmək çətindir. Belə informasiyaları daha dəqiq bilən kəşfiyyat və təhlükəsizlik orqanlarıdır”.

Politoloq vurğulayıb ki, iddialarda adı hallanan Aleksandr Banella Makronun keçmiş şəxsi mühafizəçisi olub və adı bir sıra qalmaqallarda çəkilib:

“Onun Fransa prezidenti ilə korrupsiya sxemlərində və çirkli pulların yuyulması prosesində iştirak etdiyi bildirilir. Bundan əlavə, Banellanın müxalif qüvvələrə qarşı təxribat və digər gizli əməliyyatlar həyata keçirdiyi iddia olunur.

Makronun Banellaya etibar edərək gizli bir qrup yaratması və onu müxtəlif ölkələrə göndərməsi ehtimalı mümkündür. Xüsusilə də son dövrlərdə Fransanın Cənubi Qafqazda fəallaşdığını nəzərə alsaq, bu iddiaları tamamilə istisna etmək olmaz”.

Sultan Zahidovun fikrincə, bu sui-qəsd qrupunun Bakıya göndərilməsində əsas məqsəd casusluq ola bilər.

Bununla yanaşı, Zahidov qeyd edib ki, Azərbaycan bu kimi təhlükələrə qarşı kifayət qədər güclü müdafiə sisteminə malikdir:

“Ötən müddət ərzində xüsusilə də Fransanın casus şəbəkəsinin ifşa edilməsi göstərir ki, Azərbaycanın təhlükəsizlik xidməti üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirir”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana gizli əməliyyat qrupu göndərdiyi iddia olunur. Rusiya mənbələrinin məlumatına görə, “Ağ Zambaq” adlı sui-qəsd qrupu Bakıya gəlib və onlar birbaşa Makronun göstərişlərini yerinə yetirir.

Tarix
2025.04.03 / 12:35
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı - Foto

Rusiyadan təklif: Bunu Azərbaycandan alaq!

Prezident Danimarka səfərindən video paylaşdı

Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...

Tokayev Azərbaycana gəlir

Türkiyə Naxçıvan sazişi ilə bağlı bəyanat yaydı

Bu, azərbaycanlılara qarşı ədalətsizlikdir – BMT rəsmisi

Ərsin Tatar Azərbaycana gəlir

Prezidentdən Danimarka səfəri ilə bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla