Yuxarı

Azərbaycan Beynəlxalq Universitetinin binası söküləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Beynəlxalq Universitetinin binası söküləcək

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin binası (ABU) söküləcək.

Axar.az xəbər verir ki, bu, "Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" elektrik deposunun tikintisi ilə bağlıdır.

Belə ki, depo tikiləcək ərazidən təxminən 464 yaşıllıq köçürüləcək. Müşahidələr onu göstərir ki, həmin ərazidə bu sayda ağac və kol yoxdur. Amma "Dərnəgül" elektrik deposu üçün ayrılan torpaq sahəsi ilə bitişik olan ABU-nun həyətində geniş yaşıllıq salınıb. Burada yüzlərlə ağac mövcuddur.

Ola bilər ki, köçürüləcəyi rəsmi şəkildə açıqlanan yaşıllğın bir hissəsi keçmiş ali məktəbin həyətinə düşəcək. Bu da ABU-nun binasının söküləcəyi qənaətinə gəlməyə əsas verir.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Teleqraf-a açıqlamasında bildirib ki, plana uyğun olaraq ərazidən 464 yaşıllıq köçürüləcək.

“Həmin ərazi 1986-cı ildən Bakı Metropoliteninə verilib. Bu o deməkdir ki, metropolitenin ərazisidir. O dönəmdə isə hazırda ərazidə gördüyünüz Azərbaycan Beynəlxalq Universitetinin, yeni binaların və digər insfrastrukturun heç birisinin izi-tozu yox idi. Ərazi həmişə metropolitenin sahəsi olub. Ora heç vaxt ABU-nun ərazisi olmayıb, onlar sadəcə orada universitet tikiblər. Biz öz ərazimizi hasarlamışıq”, - B.Məmmədov deyib.

Xatırladaq ki, ABU 1997-ci ildə yaradılıb. 2010-cu il sentyabrın 1-də keçmiş təhsil naziri Misir Mərdanovun imzaladığı əmrlə universitetin fəaliyyəti tamamilə dayandırılıb.

ABU-nun rektoru Elşad Abdullayev xaricə qaçıb və hazırda Fransada yaşayır.

Tarix
2025.04.04 / 19:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla