Yuxarı

Asan viza tətbiqinə başlanılır - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asan viza sisteminin təsis edilməsi barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək. Xarici vətəndaşlar, turistlər Azərbaycana gəlmək istədikləri təqdirdə Asan viza portalına müraciət edəcəklər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimovun sözlərinə görə, portalda bütün sənədlər, zəruri informasiyalar təqdim ediləcək və vizanı da həmin portaldan elektron formada, e-maillərinə təqdim edilməklə almaq mümkün olacaq:

"Yəni heç bir dövlət və özəl quruma müraciət etmədən onlayn qaydada vizanı əldə edəcəklər".

İ.Kərimov bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən elektron viza ala biləcək ölkələrin siyahısı müəyyənləşdiriləcək:

"Siyahısı müəyyən edilən ölkələrin vətəndaşlarına elektron viza veriləcək. Əlbəttə, digər viza alma prosedurları öz qüvvəsində qalır. Vizanın verilməsi 3 gün ərzində həyata keçiriləcək və bu prosesə Xarici İşlər Nazirliyi tərəfindən diqqət yetiriləcək. Çox qısa müddət ərzində bu il ərzində, bu aylarda elektron viza tətbiq ediləcək".

Tarix
2016.06.02 / 10:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla