Yuxarı

ANS-də Mir Şahinin yerinə təyinat oldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS-də Mir Şahinin yerinə təyinat oldu - Foto

ANS Müstəqil Yayım və Media Şirkətində yeni təyinat olub.

Şirkət prezidentinin media üzrə müşaviri Mais Məmmədov Report-a açıqlamasında məlumatı təsdiqləyib.

O deyib ki, ANS TV-nin baş redaktoru vəzifəsinə şirkətin keçmiş əməkdaşı Fidan Quliyeva təyin edilib.

M.Məmmədovun sözlərinə görə, Fidan Quliyeva dünəndən vəzifəsinin icrasına başlayıb.

"Çox şadıq ki, Fidan yenidən ANS-ə qayıdıb" -, Mais Məmmədov əlavə edib.

Qeyd edək ki, ANS TV-nin bundan əvvəlki baş redaktoru Mir Şahin Ağayev olub. O, baş redaktor vəzifəsindən azad edildikdən sonra bu vəzifə boş idi.

Xatırladaq ki, uzun müddət ANS TV-də yayımlanan "İç xəbər" verilişində aparıcı kimi fəaliyyət göstərən F.Quliyeva televiziyadan ayrılaraq "Palmali" şirkətlər qrupunun İctimaiyyətlə əlaqəlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

Tarix
2016.06.02 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla