Yuxarı

İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:24

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli 1597 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli 1597 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 696; 2009, № 10, maddə 806; 2014, № 6, maddə 644) 1.4-cü bəndi ləğv edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 104; 2008, № 8, maddə 715; 2009, № 11, maddə 886; 2010, № 8, maddə 726; 2013, № 11, maddə 1450; 2014, № 2, maddə 112, № 4, maddə 391; 2015, № 4, maddə 437) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nın "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər"inin 63-65-ci sıralarında "Əsas icraçı" sütununa "Azərenerji" ASC" sözlərindən sonra ", Azərişıq" ASC" sözləri əlavə edilib.

18:24

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 17 may tarixli 255-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 17 may tarixli 255-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460) 5.43-cü bəndində "438" rəqəmləri "438.1" rəqəmləri ilə əvəz edilsin.

18:35

İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla həmvətənimizi ümumi məqsəd və vahid amal ətrafında birləşdirən milli məfkurə kimi qəbul olunur. 2001-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının I qurultayından sonra qısa müddət ərzində xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hüquqi əsasları müəyyənləşdirildi, yüzlərlə yeni diaspor təşkilatı təsis edildi, ölkənin milli maraqlarının müdafiəsinə xidmət edən layihələr həyata keçirildi, diaspor təşkilatlarının fəaliyyət strategiyasını müəyyən edən konseptual sənəd - Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi.

Dəyişən dünyanın yeni reallıqları şəraitində Azərbaycan diasporunun potensialından daha səmərəli istifadə olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə müasir informasiya texnologiyaları vasitəsilə çatdırılması, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyasının sürətləndirilməsinə xidmət edən layihələrə dövlət dəstəyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

19:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Attar Aygün

Bayramov Elman Bayram oğlu

Fətəliyeva Mirvari Mətləb qızı

Xəlilov İsgəndər Ağasəlim oğlu

Nisanov Qod Semyonoviç

Patzеr-İsmailоva Samirə Telman qızı

Rzayev Teymur Rəsul oğlu

"Tərəqqi" medalı ilə

Abdullayeva Svetlana Əli qızı

Axundov İlham Sənan oğlu

Axundova İradə İbrahim qızı

Aşkin İlhan İbrahim oğlu

Babayev Ağahüseyn Nadir oğlu

Babayev Mehrac Yusif oğlu

Babayev Şahverdi Ağadadaş oğlu

Bayramov Vaqif Deyruş oğlu

Bədirov Əziz Məhərrəm oğlu

Cavadov Hikmət Əlövsət oğlu

Əliyev Sayad İsbar oğlu

Fərtaş Səməd Ələskər oğlu

Hacıyev Emin Məcid oğlu

Hollenbrand Nadir Təvəkkül oğlu

Xamedov Əbilfas Müslüm oğlu

İsmayılov İlham Surxay oğlu

Karakoyunlu Səfər Fərman oğlu

Kaya Bahattin

Kravets Leonid Markoviç

Qarayev Tofiq Hüseyn oğlu

Qasımov İmaməddin Xanbaba oğlu

Qəhrəmanov İdris İsrafil oğlu

Quliyev Arif Cəmil oğlu

Qurbanov Zümrüd Hacı oğlu

Məmmədov Elsevər Məmməd oğlu

Məmmədov Mehdi Bahadur oğlu

Məmmədov Mobil Yaqub oğlu

Millnitts Yaşar Yadulla oğlu

Mirişov İrahid Hacıverdi oğlu

Musayev Elmar Rasim oğlu

Nəzərova Təranə Xanmirzə qızı

Novruzov Mərdan Nəriman oğlu

Sadiqi Səfər Məmi oğlu

Salman Yana

Seyidov Azad Ramazan oğlu

Spivak Lev

Süleymanov Azər Mirzə oğlu

Tağıyev Rövşən Surxay oğlu

Tağıyeva Təranə Tağı qızı

Turanlı Fərhad Qardaşxan oğlu

Zaxaryayev German Raşbiloviç

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Quliyev Ruslan Namiq oğlu

Kərimov Fuad Qalib oğlu

19:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elm, mədəniyyət, incəsənət və jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar elm xadimi"

Məmmədov Əmirullah Məmmədəli oğlu

"Əməkdar jurnalist"

Bağıyeva Mətanət Nəbi qızı

Məmmədov Nizami Zilli oğlu

"Əməkdar rəssam"

Zeynalov Yaşar Ələkbər oğlu

Səmədov Asim Rəsul oğlu

"Əməkdar artist"

İsmayilova Elnarə Telman qızı

Manafov İslam Atabala oğlu"

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqındahaqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:

1. 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2016-cı il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün".

Tarix
2016.06.02 / 19:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla