Yuxarı

Yeni nazirdən ilk: 1 milyarddan nə qədər qazanacağıq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni nazirdən ilk: 1 milyarddan nə qədər qazanacağıq?

Ötən həftə Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə ilk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün hərrac keçirildi və 1 milyard manat həcmində vəsait 4 yerli sistem əhəmiyyətli bankda yerləşdirildi.

Bu sözləri Axar.az-a açıqlamasında Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Piriyev büdcə vəsaitlərinin ilk dəfə olaraq yerli banklarda depozit şəklində yerləşdirməsi ilə bağlı sorğunu cavablandırarkən bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, depozit hərraclarının keçirilməsinin məqsədi dövlət büdcəsinin sərbəst qalığının effektiv idarə edilməsi ilə büdcəyə əlavə gəlir formalaşdırmaqdır:

“Aprelin 11-də baş tutmuş depozit hərracında 3 ay müddətinə vahid xəzinə hesabının 1 milyard manat məbləğində sərbəst qalığının depozitə yerləşdirilməsindən müddətin sonunda Maliyyə Nazirliyinin 18 milyon manatdan çox faiz gəliri əldə edəcəyi gözlənilir”.

O qeyd edib ki, vahid xəzinə hesabının qalığında sərbəst vəsaitlər olduqda banklara depozitə yerləşdirilməsi təcrübəsi bundan sonra da davam etdiriləcəkdir:

“Depozit yerləşdiriləcək vəsaitin həcmi depozit hərracının keçiriləcəyi tarixə vahid xəzinə hesabının sərbəst qalığına uyğun müəyyən olunacaq”.

Qeyd edək ki, Sahil Babayev 6 fevral 2025-ci ildə maliyyə naziri təyin edilib. Büdcənin sərbəst qalığından istifadə ilə dövlətə əlavə qazanc gətirmək təşəbbüsü yeni nazirə məxsusdur və ekspertlər tərəfindən təqdir edilir.

Tarix
2025.04.17 / 14:28
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla