Yuxarı

Tehranda onlarla azərbaycanlı fəal həbs olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarında İranın paytaxtı Tehran şəhərində onlarla azərbaycanlı fəal həbs edilib.

Buna səbəb sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Tehranın Savə küçəsində 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə toplantının keçirilməsi olub. Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları 200 nəfərin iştirak etdiyi mərasimə müdaxilə edib. Nəticədə İran təhlükəsizlik qüvvələri ilə azərbaycanlı fəallar arasında toqquşma baş verdiyi, yığıncağın dağıdılması üçün bibər qazından istifadə olunduğu, bəzi soydaşlarımıza qarşı zor tətbiq edildiyi, onlardan bir neçəsinin saxlanıldığı vurğulanır.

Hələlik tutulanlardan yalnız 6 nəfərin kimliyi müəyyənləşdirilib. Bunlar Əkbər Azad, Əziz Fərşi, Əlirza Fərşi, İsrafil Soltanian, Mənsur Fəthi və Seyid Müctəba Musəvidir. ETTELAAT əməkdaşlarının zor tətbiq etməsi nəticəsində bir sıra soydaşımızın yaralandığı, onların arasında tanınmış azərbaycanlı fəal Həmid Manafi Nadarlının (Erkin Nadarlı) da olduğu, başından güclü zərbə alan fəalın qanaxması olduğu bildirilir. Eyni zamanda İ.Soltanianın əlil olmasına baxmayaraq vəhşicəsinə döyüldüyü qeyd edilib. Hazırda azərbaycanlı fəalların harada saxlanıldığı ilə bağlı heç bir məlumat verilmir.

Qeyd edək ki, fevralın 20-də İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində kütləvi həbs həyata keçirilib. İran nizam-intizam qüvvələri (polis) azərbaycanlı fəal Əkbər Əbulzadənin atası evinə basqın ediblər. Buna səbəb azərbaycanlı fəalların 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə tədbir keçirmək üçün toplanmaları olub. Ona görə də İran nizam-intizam qüvvələri ilə birlikdə əraziyə 15-ə yaxın polis avtomobili gəlib. Nəticədə polislərlə azərbaycanlı fəallar arasında toqquşma baş verib. Polislərin tanınmış azərbaycanlı fəal Abbas Lisaninin üzərinə silah çəkərək təhdid etdiyi, bəzi soydaşlarımıza qarşı zor tətbiq etdiyi bildirilir. Toqquşma yüzə yaxın azərbaycanlı fəalın həbsi ilə nəticələnib. Hazırda onların harada saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur. Saxlanılanlardan yalnız 63 nəfərinin ad və soyadları məlumdur, digərlərinin kimlikləri isə dəqiqləşdirilir. Onların arasında Abbas Lisani, İbrahim Rəşidi Savalan, Vəhid Faizpur, Meysəm Azadi, Ruzbeh Səadəti, Fərdin Muradpur, Əsgər Əkbərzadə, Rəhim Qulami, Səccad Culani, Meysəm Culani, Əkbər Əbulzadə, İbrahim Nuri, Abbas Nəzəri və başqaları var.

Bundan əlavə, həmin gün İranın Şərqi Azərbaycan vilayətinin Məlikan (Məlikkəndi) və Binab şəhərlərində daha üç nəfər tutulub. Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Səccad Əfruzan və Kərim Fəyyazini Məlikkəndi, Bəhmən Xaliqini isə Binab şəhərində həbs ediblər. Onların nədə günahlandırıldığı və hazırda harada saxlanıldıqları barədə heç bir məlumat yoxdur. Həbslərin 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə həyata keçirildiyi ehtimal olunur.(apa)

Tarix
2014.02.22 / 09:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla