Yuxarı

Mühüm gedişat: Qarabağ üçün yeni şans

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ problemi kimi təhdid törədən münaqişənin tez həlli təkcə Azərbaycanın deyil, eləcə də Rusiya, İran və digər bölgə dövlətlərinin də marağına uyğun gəlir.

Bu sözləri Axar.az-a Azərbaycan, Rusiya və İran prezidentlərinin gözlənilən görüşünü şərh edən politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, geoiqtisadi zəmində hər üç ölkəni birləşdirən, onlar üçün əlverişli şərait yaradan amillər çoxdur:

"Dünya miqyasında iqtisadi-ticari kooperasiyanın həcmi artdıqca uğurlu siyasət yeridən dövlətlərin mənfəət imkanları da artır. Qafqaz-Xəzər bölgəsində sözügedən üç ölkə elə konfiqurasiyada yer alıb ki, bu baxımdan yeni üstünlüklər qazanmaq şansları güclüdür. Ən yaxın zamanda Şimal-Cənub nəqliyyat dəhlizi tam gücü ilə istifadəyə veriləcək. İranın Astara-Rəşt-Qəzvin xəttini inşa etməsi isə qitələrarası daşınmaların həcmini bir neçə dəfə artıracaq. Bu baxımdan Azərbaycan, Rusiya və İran birgə transkontinental inteqrasiya proqramlarındakı iştirak əmsallarını artıracaqlar. Yəni Azərbaycanın kommunikasiya imkanları strateji anlam daşıyacaq. Çünki məhz Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin ən vacib bəndinə çevrilir".

Politoloqun qənaətinə görə, bu kontesktdə Qarabağ probleminin həlli də artıq zərurətə çevrilir:

"Üçtərəfli görüşdə bölgə problemləri və qlobal çağırışlarla bağlı danışıqlar baş tutacaq və belə bir gedişat bölgədəki siyasi proseslərin tənzimlənməsinə əməli təsir göstərəcək".

Qeyd edək ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin ilin ikinci yarısında Bakıda üçtərəfli formatda görüşünün keçiriləcəyi gözlənilir.

Tarix
2016.06.08 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla