Yuxarı

Ukrayna İstanbulda razılaşmalı idi, indi isə… - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər iki halda itki verən tərəf Ukraynadır. İstər İstanbul anlaşmasında, istərsə də indiki danışıqlarda Ukraynanın qarşısına qoyulan tələb itirdiyi ərazilərlə barışmaqdır: həmin ərazilər Rusiyada qalmalı, həmçinin Krımın Rusiya tərkibində olmasını tanımalı və danışıqlara getməli idi. Ukraynaya təklif olunan bu idi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları ilə indiki danışıqları müqayisə edərkən deyib.

“Türkiyə danışıqlar üçün çox çalışdı, ancaq Böyük Britaniya buna qarşı çıxdı. Boris Consonun (həmin dövrdə Britaniya baş naziri - red.) müdaxiləsi ilə Ukrayna Prezidenti Vladimir Zelenski bu danışıqlardan geri çəkildi.

Nəzərinizə çatdırım ki, Rusiya isə indi daha çox ərazi ələ keçirib və indiki şərtlər əvvəlkindən daha ağırdır. Eyni zamanda, məsələ təkcə müharibə şərtləri deyil, Ukraynanın müharibə gedişatında itirdikləridir. Ukrayna bu gedişatda yüzminlərlə insan itirdi, infrastrukturu dağıdıldı, ölkənin əsas sənaye bazası olan Donbas daş kömür zavodu məhv edildi və ölkənin iqtisadi aktiv hissəsi parçalandı. Həmçinin ölkədə vətəndaşların sayı kəskin azaldı və çox güman ki, ölkəni tərk edən şəxslər geri qayıtmayacaq ki, bu da ölkənin boşalması deməkdir.

Müharibə dayansa, Ukraynaya kifayət qədər yardımlar edilsə belə, iqtisadiyyatını əvvəlki kimi bərpa edə bilməyəcək. Bunlar geridönməz itkilər hesab olunur. Əgər İstanbul danışıqlarında Ukrayna razılığa gəlsəydi, bu itkilərin qarşısını ala bilərdi.

Qeyd edim ki, əvvəlki döyüş şərtləri ilə indiki şərtlərin arasında elə də çox dəyişiklik yoxdur. Demək olar ki, döyüş şərtləri eynidir. Belə halda isə Ukrayna əgər əvvəl-axır şərtlərlə razılaşacaqdısa, vaxtında danışıqlara getməməsinin səbəbi ilə bağlı suallar yaranır”, - politoloq bildirib.

Tarix
2025.04.29 / 09:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Cənubi Koreya Azərbaycana yeni səfir təyin etdi

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

Pezeşkian Bakıdan qayıdandan sonra bu paylaşımı etdi

Nağıyevdən Əfqanıstanla bağlı açıqlama: Bakı hər zaman...

Bakıda Əfqanıstanla bağlı tədbir keçirildi

Pakistan səfiri: Hindistan üçün dua edirəm… - Foto

ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək?

İlham Əliyev İran şirkətlərini Azərbaycana dəvət etdi

Milyonçunun pulunu mənimsəyən Əbiyevin kürəkəni olub?

İlham Əliyev və Pezeşkianın iştirakı ilə forum keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla