Yuxarı

BDU-nun narazı tələbələrinə cavab verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BDU-nun narazı tələbələrinə cavab verildi

Apellyasiya Komissiyasına müraciət edən Bakı Dövlət Universitetinin tələbələrinin əksəriyyətinə müsbət cavab verilib.

Bu baradə BDU-nun mətbuat xidmətindən məlumat verilib. BDU-dan bildirilib ki, dünən Universitetində keçirilən təcili müşavirədə Apellyasiya Komissiyasına müraciət edən tələbələrin problemlərinə baxılıb:

"Müzakirələrdə problemlər operativ olaraq həll edilib, bu barədə fakültə dekanlıqlarına məlumat verilib. Müraciətlərin əksəriyyəti imtahanlar və kreditlərlə bağlı olub. Əksər tələbənin problemi yerindəcə araşdırılıb və onlara müsbət cavab verilib. Bu cür müşavirələr hər il olur. Komissiya iclasında tələbələrin imtahanlarda bir balla kəsilməsi, əlavə kredit götürməsi və s. kimi məsələlər müzakirə olunur. Komissiyaya müraciət edən tələbələr bazar ertəsi fakültə dekanlıqlarından nəticələr haqqında ətraflı məlumat ala biləcəklər".

BDU-nin mətbuat xidmətindən bildirilib ki, komissiya iclasında Nazirlər Kabinetinin qərarına etiraz edən tələbələrin şikayətlərinə baxılmayıb.

Qeyd edək ki, dünən BDU-da rektor Abel Məhərrəmovun və Təhsil Nazirliyi rəsmilərinin iştirakı ilə akademik borcu olan və imtahan nəticələrindən narazı olan tələbələrlə görüş keçirilib, onların problemləri dinlənilib.

Tarix
2014.02.22 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla