Yuxarı

Təhsil Nazirliyindən BDU-dakı hadisələrə - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tələbələr hələ də dərk etmirlər ki, bu qərar onların özünə çox sərfəlidir. Onlar Boloniya sisteminin mahiyyətini dərk eləmirlər. Müəllim, ya dekan kəsirə görə tələbədən pul ödəməyi tələb etmir. Sadəcə, Boloniya sisteminin mahiyyəti belə diktə edir".

Bu sözləri Təhsil Nazirliyinin rəsmisi Bakı Dövlət Universitetində tələbələrin aksiyasına münasibət bildirərkən "Axar.az"a deyib.

Nazirlik əməkdaşı tələbələrin "Kəsrə görə pul ödəməyək" şüarı ilə təşkil etdikləri aksiyanı aldıqları təhsil sisteminə zidd sayır: "Bu qərarı Nazirlər Kabineti qəbul edib. Əsaslandırılmış qərardır. Belə qərarlar hər şey nəzərə alınaraq qəbul edilir. Kəsirə görə tələbələrin pul ödəməsi Boloniya prinsiplərinə zidd deyil. Bugünkü təhsil sistemi bunu tələb edir. Tələbələr Avropa təhsilindən danışırlar, belə təhsil sistemi istəyir gənclər. Avropada təhsil belədir".

Nazirlik nümayəndəsi bildirib ki, Təhsil nazirliyinin təsmiləri narazı tələbələrlə görüşüb, şikayətlərini dinləyib:

"Onların diqqətinə çatdırdıq ki, etiraz etdikləri qərar təhsil aldıqları Boloniya sisteminin prinsiplərinə uyğundur. Ümid edirik ki, belə bir hal növbəti dəfə təkrarlanmayacaq".

Xatırladaq ki, fevralın 20-də BDU-nun tələbələri alt qrupda təhsil alanların dərs saatlarına görə əlavə pul ödəmələri haqqında qanununa etiraz ediblər. Növbəti belə aksiya fevralın 24-nə təyin olunub.

Tarix
2014.02.22 / 14:02
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla