Yuxarı

Ermənistanın Zəngəzur dəhlizinə qarşı yeni planı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan İran, Oman, Qətr, Türkmənistan və Özbəkistan arasında beynəlxalq nəqliyyat və tranzit dəhlizinin yaradılması haqqında sazişə (Aşqabad Sazişi) qoşulub.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bununla bağlı qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında verilib.

Sazişə qoşulmaqla bağlı əsasnamədə qeyd olunur ki, bu, üzv dövlətlərin ərazisindən yük və sərnişinlərin daşınmasına, tranzit üçün etibarlı şəraitin yaradılmasına, multimodel daşımaların asanlaşdırılmasına, nəqliyyat xərclərinin optimallaşdırılmasına, ölkənin tranzit rolunun artırılmasına, nəqliyyat təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.

“Aşqabad Sazişinə qoşulmaq nəqliyyat dəhlizi vasitəsilə beynəlxalq bazarlara çıxışı, beynəlxalq daşımalar üçün tələb olunan tranzit sənədlərinin uyğunlaşdırılmasını, gömrük prosedurlarının asanlaşdırılmasını, üzv dövlətlərin nəqliyyat infrastrukturunun istifadə edilməsini təmin edəcək. Saziş “Sülh kəsişməsi” layihəsinin əsas prinsiplərinə uyğundur və regionda nəqliyyat əlaqələrinin, eləcə də iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcək”, - əsasnamədə qeyd olunur.

Aşqabad Sazişi 2016-cı ildə qüvvəyə minib. Bu müqavilə ilk olaraq, 2011-ci ildə İran, Oman, Qətər, Türkmənistan və Özbəkistan tərəfindən imzalanıb. Lakin Qətər 2013-cü ildə sazişdən çıxıb. Qazaxıstan həmin il üzvlük üçün müraciət edib, 2015-ci ildə bu müraciəti təsdiqlənib. Saziş hazırda Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran, Hindistan, Pakistan və Omanı əhatə edir. Sazişin məqsədi Avrasiyada nəqliyyat əlaqələrini təkmilləşdirmək və regionu digər nəqliyyat dəhlizləri, o cümlədən, “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə sinxronlaşdırmaqdır.

Ermənistanın bu sazişə qoşulmasında məqsəd yeni bazarlara çıxış əldə etmək və “sülh kəsişməsi” layihəsini Avrasiyanın nəqliyyat şəbəkəsinə daxil etməkdir. Rəsmi İrəvan ümid edir ki, Cənubi Qafqazda kommunikasiyanın açılmasında irəli sürdüyü “sülh kəsişməsi” layihəsi qəbul ediləcəksə, Zəngəzur dəhlizinin açılması arxa plana keçəcək.

Azərbaycan Aşqabad Sazişinə qoşulmayıb, lakin bu o demək deyil ki, sazişə qoşulan Ermənistanın Zəngəzur dəhlizi layihəsinin qarşısını almaq cəhdlərinin perspektivi güclüdür. Çünki Azərbaycan Körfəz və Mərkəzi Asiya Əməkdaşlıq Şurasında fəxri qonaq kimi iştirak edir və bu regionun ölkələri Avrasiyanın nəqliyyat şəbəkəsində Bakının həlledici rolunu qəbul edirlər. Aşqabad Sazişinin əsas məqsədinin regional nəqliyyat dəhlizlərini “Şimal-Cənub” layihəsinə qoşmaq olması da Azərbaycanın Ermənistan qarşısında əlini gücləndirən məqamlardandır.

Tarix
2025.05.08 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

Əliyevlə Berdiməhəmmədov nahar etdi

Paşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”?

Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi

Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Foto

Hərbi prokurorun işdən çıxarılan müavininin - Dosyesi

Adəm Məmmədov həbsdə qaldı

Qafarova Berdiməhəmmədovla görüşdü - Foto

Paşinyan Əliyevlə son görüşündən danışdı

Berdiməhəmmədovun səfərinin əsl səbəbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla