Yuxarı

Qubada “Dostluq körpüsü”: 4 ölkə birləşdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada “Dostluq körpüsü”: 4 ölkə birləşdi - Foto

Azərbaycan, Türkiyə, Moldova və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə "Dostluq körpüsü" adlı Uşaqların və Gənclərin Beynəlxalq Folklor-Rəqs Festivalı keçirilir.

Təhsil Nazirliyindən Axar.az-a bildiriblər ki, Quba Uşaq Yaradıcılıq Mərkəzində keçirilən festivala ümumilikdə 426 iştirakçı qatılıb. Onlardan 219-u qonaq, 207-si isə yerli iştirakçılardır.

Qonaqlar rəqs festivalında iştirak ediblər. Tədbir iyunun 15-də başa çatacaq.

Qeyd edək ki, Quba Rayon Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 2011-ci ildən ənənəvi olaraq Türkiyə, Rusiya, Bolqarıstan və Gürcüstanın dəvəti ilə bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edərək mükafatlara layiq görülüblər. Bu müsabiqələr çərçivəsində mərkəzin dərnək üzvlərinin Azərbaycanın adət və ənənələri ilə bağlı təqdimatları olub. Festivala olan marağı nəzərə alaraq Türkiyə, Gürcüstan və Moldovadan qonaqlar Azərbaycana dəvət ediliblər.

Festivalın əsas məqsədi ölkələrin mədəniyyətlərini nümayiş etdirmək və rəqs kollektivlərinin dostluq əlaqələrinin daha da möhkəmlənməsinə kömək göstərməkdir.

Tarix
2016.06.12 / 01:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla