Yuxarı

Putin çətin vəziyyətə düşüb, Zelenskidən bunu gözləmirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin çətin vəziyyətə düşüb, Zelenskidən bunu gözləmirdi

Fikrimcə, Rusiya Prezidenti Vladimir Putin “15 mayda Ukrayna ilə İstanbulda təmaslara başlamağa hazırıq” təklifini irəli sürəndə Ukrayna Prezidenti Vladimir Zelenskinin “İstanbulda səni gözləyəcəm” reaksiyasını gözləmirdi. Putin “təmaslar” deyərkən özünün Zelenski ilə görüşünü nəzərdə tutmurdu. Yəqin Putin düşünürmüş ki, Vladimir Zelenskinin 2022-ci ildə Rusiya prezidenti ilə görüşə qadağası olduğundan Ukrayna prezidenti bu qadağanı pozmaz. Ancaq Zelenskini bu qadağadan imtina edərək Putinlə görüşə hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Putin çətin vəziyyətə düşüb. Çünki onu İstanbulda yalnız Zelenski gözləməyəcək. Kreml sahibinin dostları Türkiyə və ABŞ prezidentləri Rəcəb Təyyub Ərdoğanla Donald Tramp da Putini İstanbulda görmək istəyirlər. Tramp hətta ərəb ölkələrinə səfərini korrektə edərək 15 mayda İstanbula gəlməyə hazırdır. Putin İstanbula gələrsə, liderlərin dördlü görüşünü keçirmək mümkündür. Putinin Ərdoğana və Trampa isti münasibəti var. Ona görə, Putinin mətbuat katibi Dmitri Peksov prezidentin İstanbula getməyəcəyini, Rusiyanı danışıqlarda başqalarının təmsil edəcəyini bildirsə də, fikrimcə, Kreml sahibi hələ son qərarı verməyib. Ukrayna ilə yanaşı Rusiyanın da itkilərlə müşahidə edilən və yorğun düşdüyü müharibədə uzunmüddətli atəşkəs elan etmək üçün İstanbul yaxşı fürsətdir. Kreml sahibi şəxsən İstanbula gələrsə, atəşkəslə yanaşı Ərdoğana çoxdan vəd etdiyi Türkiyə səfərini reallaşdıracaq və çoxdan arzuladığı Trampla görüşəcək”, - politoloq bildirib.

Tarix
2025.05.14 / 11:20
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video

Bu şəxslər hərbi xidmətdən azaddır!

Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...

Deputatın qızı şikayətləndi: Atamla bağlı müraciətim...

Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur

Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?

Ermənistan-Azərbaycan sərhədində yanğın

Prezidentin yeni başçılara 3 tapşırığı: hansı əməl etməsə...

Zəngəzur dəhlizinin tikintisi nə vaxt başlayacaq? - Paşinyan

Yeni başçı kollektivə təqdim olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla