Yuxarı

İranın köməyini unutmaq olmaz – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın köməyini unutmaq olmaz – Millət vəkili

İranla Ermənistan arasında olan münasibətlər bəllidir və hər bir dövlətin özünün xarici siyasəti var. Kim Azərbaycana deyə bilər ki, ABŞ-la münasibətləri belə qurmalısan? Vaxtı ilə bizə təzyiq etdilər ki, Rusiyaya qarşı sanksiyalara siz də qoşulun. Lakin biz buna etiraz etdik. Bildirdik ki, Rusiya bizim qonşumuzdur və bizim dost münasibətlərimiz var. Biz hər hansı bir dövlətlə münasibət quranda ətraf müdaxiləni qəbul etmirik.

Report-un xəbərinə görə, bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov MM-in bugünki plenar iclasında İranla bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Komitə sədri hər bir ölkə ilə bərabər münasibətlər qurmağın tərəfdarı olduğunu deyib: "Misal olaraq, bu yaxınlarda Prezident İlham Əliyevin İrana səfəri oldu və orada bir sıra vacib əhəmiyyətli qərarlar qəbul edildi. Unutmaq lazım deyil ki, Naxçıvan blokadadan azad ediləndə İranın köməyi olub".

O, İran və Ermənistan arasındakı məsələnin xristian və müsəlman nöqteyi-nəzərindən yanaşılmasının tərəfdarı olmadığını da qeyd edib:

"Burada söhbət müsəlmançılıqdan yox, müttəfiq ölkələrdən gedir. Ona görə də yanaşma tərzimizi başqa cür qurmalıyıq. Hansısa bir ölkə ilə bağlı fikir bildirən zaman həmin məsələni diqqətlə araşdırmaq lazımdır. Ermənistana dəmiryolunun çəkilməsi və hər-hansı bir yardımın olunmasının əleyhinəyəm. Bu, qəti şəkildə ola bilməz. Çünki Ermənistan işğalçı dövlətdir. Amma kiminsə bir başqasını öz ölkəsinə dəvət etməsi dövlətin daxili işidir. Biz heç kimin işinə qarışa bilmərik. Hər bir məsələnin axırı müqavilələrlə, sülhlə bitməlidir. Biz belə müqavilələri bağlamaqla ölkələrimiz daha da yaxınlaşır. Ümumiyyətlə, Ermənistanı çıxmaq şərti ilə digər qonşularımız haqqında fikir bildirəndə dediklərimizə diqqət etməliyik".

Tarix
2016.06.14 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla