Yuxarı

NATO-nun Türkiyə ilə bağlı xüsusi planı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Türkiyə ilə bağlı xüsusi planları olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, NATO Müdafiə nazirləri toplantısı ilə bağlı jurnalistlərin suallarını cavablandıran baş katib Türkiyənin müdafiəsi üçün hər şey edəcəklərini deyib:

"Türkiyə üçün fərqli təhlükəsizlik tədbirləri görürük. "Avaks"ların müşahidə uçuşları, İspaniya patriot batareyaları, Aralıq dənizinin şərqində NATO gəmiləri və İtaliya hava hücumundan müdafiə sistemləri bu tədbirlərin bir hissəsidir. Bu, NATO-nun Türkiyəyə olan həmrəyliyini göstərir".

NATO Varşava Zirvəsinə bir neçə həftə qaldığını xatırladan Stoltenberq əsas təhlükənin şərqdən və cənubdan gəldiyini deyib:

"Ölkələrimiz şərqdən və cənubdan misli-bərabəri görünməmiş təhlükəsizlik problemləri yaşayır. Varşava Zirvəsində hər istiqamətdən təhdidə qarşı tədbirlər barədə qərarlar veriləcək. Ayrıca, kiçik qruplardan ibarət briqadalar Latviya, Litva, Estoniya və Polşaya göndəriləcək".

Tarix
2016.06.14 / 17:42
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla