Yuxarı

Səfirimiz Pakistanın xarici işlər katibi ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirimiz Pakistanın xarici işlər katibi ilə görüşdü

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə etimadnaməsinin sürətini bu ölkənin xarici işlər katibinə təqdim edib.

Səfirlikdən Report-a verilən məlumata görə, görüş Pakistan Xarici İşlər Nazirliyində baş tutub.

Katib Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini, hər iki ölkənin beynəlxalq məsələlərdə həmfikir olduğunu bildirib. O, həmçinin iki ölkənin rəhbərləri və xalqları arasında mövcüd olan səmimi dostluq münasibətlərini deyərək, Azərbaycanın Pakistandakı səfirliyinin ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində fəaliyyətinə Pakistan Xarici İşlər Nazirliyinin hər zaman yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Ə.Əlizadə dost və qardaş ölkə olan Pakistana səfir təyin olunmasından şərəf hissi duyduğunu ifadə edib. Səfir Dağlıq Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyinə Pakistanın verdiyi dəstəyin hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib və göstərilən ədalətli yanaşmaya, səmimi diqqətə görə təşəkkür edib. O, xalqlarımız və dövlətlərimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin, sıx əlaqələrin, həyata keçirilən layihələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Tarix
2016.06.14 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla