Yuxarı

Yanukoviçin sorağı Ermənistandan gəldi - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanukoviçin sorağı Ermənistandan gəldi - Yeniləndi

14:07

Ukrayna prezidenti Viktor Yanukoviçin təyyarəsinin Ermənistanda olduğu güman olunur.

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə informasiya təhlükəsizliyi üzrə mütəxəssis Samvel Martirosyan çıxış edib.

O, Yanukoviçin təyyarəsinin onlayn izləməsindən sonra bu qənaətə gəlindiyini bildirib. Ekspert həmçinin, təyyarənin buradan uçuşa da davam etdiyini deyib. Lakin erməni rəsmiləri xəbəri tədiqləməyiblər.

Qeyd edək ki, bəzi mətbuat orqanları Yanukoviçin Birləşmiş Ərəb Əmirliklərinə yollandığını yazmışdılar. Onun Tehrana yola düşdüyü, amma təyyarəsinə eniş etməyə icazə verilmədiyi də deyilmişdi.

15:18

Dünən gecə saatlarında prezident Viktor Yanukoviç yenidən ölkəni tərk etmək istəyib.

"Axar.az" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov məlumat verib.

Lakin Ukrayna Sərhəd Xidməti Donetskdə Prezidentin təyyarəsinin qalxmasına icazə verməyib.

"Yanukoviçin təyyarəsinin qalxmasına icazə verilməyəndən dərhal sonra o, avtomobilə oturaraq naməlum istiqamətə yollanıb. Bundan başqa keçmiş Baş prokuror Viktor Pşonka və Gəlirlər və Xərclər naziri Aleksandr Klimenko da Donetsk aeroportundan qalxa bilməyiblər. Aeroportda atışma baş verib və Pşonka və Klimenko aeroportu tərk etmək məcburiyyətində qalıblar",- deyə Avakov bildirib.

Tarix
2014.02.23 / 15:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla