Yuxarı

Bu qərar şagirdlərdə psixoloji gərginlik yaradacaq - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qərar şagirdlərdə psixoloji gərginlik yaradacaq - Ekspert

Lisey və gimnaziyalara qəbul hər ilin aprel-may aylarında həyata keçirilirdi. Əvvəlki illərdə 4, 5, 6 və 7-ci siniflərdən şagirdlər lisey və gimnaziyalara qəbul olub, tədris ilini davam etdirə bilirdilər. Ancaq iki gün öncə çıxan qərara görə qəbul 6-cı sinifdən etibarən həyata keçiriləcək. Əlbəttə ki, bu qərar öncədən vəsait sərf edən, hazırlaşan şagird və valideynlərin haqlı etirazına səbəb olub.

Bu sözləri Axar.az-a təhsil eksperti Ramin Nurəliyev lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinif şagirdləri üçün elan edilməsini şərh edərkən deyib.

Ekspert bildirib ki, qərar doğru olsa da, yanlış zamanda verilib:

“Beynəlxalq təcrübələrə əsasən deyə bilərəm ki, xüsusi təyinat tələb edən lisey və gimnaziyalarda qəbul 6-cı sinifdən etibarən başlayır. Əslində ölkəmizdə verilən bu qərarın tərəfdarıyam. Lakin bu qərar indi yox, tədris ilinin əvvəlində verilməli idi. Bu, valideyn və şagirdlərə müəyyən qədər psixoloji təsir göstərə bilər.

Düşünürəm ki, bu istiqamətdə atılan addımlar daha çox yeddinci sinif şagirdlərində psixoloji gərginlik yaradacaq. Çünki dörd və beşinci sinifdə oxuyan şagirdlər bir neçə il sonra yenidən müraciət edə biləcək. Ancaq yeddinci siniflər artıq bu şansdan məhrum olmuş sayılırlar. Yaxşı olardı ki, bu tədris ilinə yeddinci siniflər üçün də qəbul olmaq şansı yaradılsın”.

Təhsil İnstitutundan saytımıza sözügedən mövzunun diqqətdə saxlanıldığı və müzakirələrin aparıldığı bildirilib.

Qeyd olunub ki, mövzu ilə bağlı yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilib.

Qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək.

Ərizə qəbulu iyunun 5-dən 20-dək aparılacaq.

Tarix
2025.05.27 / 17:36
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Yeni sədr təyin edildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla