Yuxarı

Ukraynaya icazə verildi, Rusiyada qorxu başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya, Fransa, ABŞ və Almaniyanın Ukraynaya verilən silahlara dair istifadə məhdudiyyətlərini aradan qaldırması o deməkdir ki, artıq Ukrayna Rusiyanın dərinliklərinə, o cümlədən Moskvaya da rahat şəkildə zərbə endirə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli silahlarla bağlı məhdudiyyətləri aradan qaldırmasına münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, bu qərardan sonra Rusiya tərəfi, xüsusilə də Kremlin mətbuat katibi Dmitri Peskov, Dövlət Dumasının üzvləri və politoloqlar ciddi narahatlıq keçirməyə başlayıblar:

“Bu insanların məntiqini anlamaq olmur. Necə olur ki, siz Kiyev, Odessa kimi şəhərləri ballistik raket və dronlarla vurursunuz, indi isə narahat olmağa başlamısınız? Hətta Almaniyanı da açıq-aşkar hədələyirlər. Bu da göstərir ki, Rusiyanın rəhbərliyindən tutmuş cəmiyyətin böyük hissəsinə qədər qorxu hissi baş qaldırıb”.

Ü.Cəfərli qeyd edib ki, Qərb ölkələrinin məqsədi Rusiyanı bu qərarlarla müharibəni dayandırmağa məcbur etməkdir:

“Ukrayna bir neçə strateji zərbə endirdikdən sonra Rusiya ciddi düşünmək məcburiyyətində qalacaq. Rusiyanın hava hücumundan müdafiə sistemləri bu tip silahların qarşısını almaqda acizdir. ABŞ və digər Qərb ölkələri Ukraynanın hədəf seçimini kəşfiyyat məlumatları ilə dəstəkləyəcək”.

Ekspert bildirib ki, Ukrayna cəbhədə üstünlük əldə edə bilər, lakin bu, silahların necə və hansı miqyasda istifadə olunacağından asılıdır:

“Rusiyanın dərinliklərində yerləşən hərbi anbarlar, aerodromlar, gəmilər və digər strateji obyektlər vurula bilər. Bu, Rusiyanı tükəndirəcək. Rus mediasının yaydığı “Ukrayna Sum vilayətində kəndlərini itirdi” kimi xəbərlər isə əhəmiyyətli deyil, bu cür məlumatlar psixoloji təzyiq vasitəsidir. Biz də zamanında torpaqlarımızı itirmişdik, amma nəticə nə oldu – hamımız gördük”.

Ü.Cəfərli vurğulayıb ki, Qərbin bu addımı Ukraynaya qarşı şərt irəli sürülməsi dövrünü də bitirir:

“Artıq Ukraynaya heç kim şərt qoya bilməyəcək. Bu, Qərbin ciddi mesajıdır. ABŞ, Fransa, Almaniya, Britaniya – hamısı sərt bəyanatlar verib. Rusiya indi dərk etməlidir ki, bu müharibəni uzatmaqla heç nəyə nail ola bilməyəcək”.

Ekspert əlavə edib ki, müharibənin fiziki və mənəvi yorğunluğu hər iki tərəfə təsir edir və prosesin bitməsi üçün Rusiya işğal etdiyi ərazilərdən çıxmalıdır:

“Krım da daxil olmaqla, Ukraynanın heç bir torpağı güzəştə gedilməyəcək. Rusiya təcavüzkarlığından əl çəksə, bu müharibə çox qısa müddətdə dayana bilər. Qərb ölkələri artıq Rusiyanın iqtisadi və hərbi cəhətdən zəiflədiyini görür”.

Tarix
2025.05.28 / 10:17
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla