Yuxarı

Yol terroru: 2 ölü, 1 yaralı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol terroru: 2 ölü, 1 yaralı

Bakı-Şamaxı yolunda iki nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində yolun 115-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.

Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Cəlilov Fərid Aydın oğlunun idarə etdiyi "VAZ 21015" markalı minik maşını qarşı tərəfədən gələn "KaMAZ" markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində "VAZ 21015"in sərnişinləri- 1992-ci il təvəllüdlü Fazilzadə Rza Cəlal oğlu və 1991-ci il təvəllüdlü Mütəllimov Vüqar İlqar oğlu dünyasını dəyişib, sürücü Fərid Cəlilov isə ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2014.02.23 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Simonyan səfəri zamanı buna aydın cavab verməlidir...

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Bayramovdan ATƏT açıqlaması: Bakı buna hazırdır

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla