Yuxarı

Qarabağ zəfərinə qarşı çıxan iş adamı oğurlandı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ zəfərinə qarşı çıxan iş adamı oğurlandı - Video

Ötən gecə Moskvanın mərkəzindəki Yaroslavski dəmir yolu vağzalında bir qrup şəxs çeçen, dağıstanlı və müsəlmanları təhqir edən 40 yaşlı erməni Areq Samveloviç Şepixini qaçırıblar.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər Rusiya Teleqram kanallarında yayılıb.

Ehtimal olunur ki, həmin şəxs müsəlmanları təhqir etdiyi üçün oğurlanıb.

Görüntülərdən aydın olur ki, bir neçə nəfər həmin şəxsi stansiyanın binasından sürüyərək keçirir və Komsomolskaya meydanında "Mersedes"in yük yerinə qoyurlar. Erməni Areq ətrafdakıları köməyə çağırsa da, heç kim ona kömək etmir. Hadisə şahidlərinin sözlərinə görə, onu aparanlar silahlı olublar.

Rusiya təhlükəsizlik qüvvələrinə yaxın olan "Baza" Teleqram kanalının məlumatına görə, Areq Şepixin mütəmadi olaraq çeçenləri və müsəlmanları təhqir edən videolar yayıb.

Daha sonra “Baza” oğurlanan Areqin olduğu avtomobilin Kiyev şossesində, Moskva dairəvi yolundan 3 kilometr aralıda saxlanılmasının videosunu yayıb. Lakin həmin vaxt onun artıq avtomobildə olmadığı bildirilib.

Qeyd edək ki, erməni Areq Şepixin yaydığı videolardan bütün müsəlmanları və yəhudiləri eyni vaxtda məhv etməyə, yalnız xristianları saxlamağa çağırıb. Onun fikrincə, xalq Putini nasistə çevirməlidir.

Rusiya mətbuatına müsahibə verən Areqin anası oğlunun müsəlmanlara nifrətinə haqq qazandırıb. O, Areqin "Qarabağda müharibə yaşadığını və buna görə də onda bütöv bir dinə və xalqlara nifrət yarandığını" bildirib.

Qadın həmçinin iddia edib ki, onun sosial şəbəkələrdə oğlunun müsəlmanlara, çeçenlərə və dağıstanlılara qarşı təhqiramiz çıxışlarından xəbəri olmayıb.

Bu arada məlum olub ki, Areqi qaçırmaqda şübhəli bilinən çeçenlər sərbəst buraxılıb.

Rusiya mənbələri həmçinin erməni Areqin dindarların hisslərini təhqir etmək və dini ədavət salmaqda şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb.

Bildirilir ki, araşdırmanı Çeçenistan hüquq-mühafizə orqanlarının əməkdaşları aparır.

Tarix
2025.06.04 / 09:39
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

Petrosyan Paşinyana Qarabağla bağlı 3 məsləhəti verib

Azərbaycan və Britaniya hərbi əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Ermənistan ən dinc dövrü yaşayır - Nazir

Bayramov Vyanada "Tramp marşrutu"ndan danışdı

İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz

Mirzoyan Hakan Fidanla görüşdü

Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdü

Ermənistanın turizm sektoru rekorda yüksəldi - Bakıya görə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla