Yuxarı

AŞPA-da erməni təxribatının qarşısı alındı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞPA-da erməni təxribatının qarşısı alındı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ilk iş günündə keçirilən sərbəst debatlar zamanı erməni deputat Almaniya Bundestaqının soyqırımı kimi səciyyələndirdiyi 1905-ci il hadisələrindən danışaraq həmin ildə ermənilərin məhz xristian olduqları üçün öldürüldüklərini deməklə həmişəki kimi təxribat yaratmağa cəhd edib.

Axar.az xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söz alaraq Avropanın son dövrlərdə birgəyaşayış sayəsində ciddi uğurlar əldə etdiyini, böyük problemləri həll etdiyini diqqətə çatdırıb. O, bəşəriyyətin tarixindən siyasi məqsədlər üçün alət kimi istifadə etməyin böyük cinayət olduğunu qeyd edib.

Səməd Seyidov əhalisinin 96 faizinin müsəlman olduğu Azərbaycanda dini rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğı olduğunu vurğulayıb. O, bununla bağlı həyata keçirilən xüsusi inkişaf proqramlarından söz açıb.

Paytaxt Bakının mərkəzində katolik, protestant kilsələrinin və sinaqoqların olduğunu vurğulayan nümayəndə heyətinin rəhbəri bildirib ki, Azərbaycan parlamentində yəhudi təmsilçi fəaliyyət göstərir. Bu Azərbaycan birgəyaşayış nümunəsinin təcəssümüdür.

S.Seyidov vurğulayıb ki, ermənilərin dindən siyasi məqsədlər üçün istifadə etmək cəhdi Avropanı süquta sürükləmək deməkdir. Belə halların qarşısı dərhal alınmalıdır.

Tarix
2016.06.20 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla