Yuxarı

Türkiyə səfirliyi jurnalistlər üçün iftar süfrəsi açdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə səfirliyi jurnalistlər üçün iftar süfrəsi açdı

İyunun 20-də Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub.

Axar.az xəbər verir ki, iftar süfrəsində Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, səfirliyin müşaviri, xanım Meral Barlas, səfirliyinin mətbuat üzrə müşaviri Hamid Karadeniz, həmçinin ölkəmizin aparıcı KİV-lərinin təmsilçiləri iştirak ediblər.

İsmail Alper Coşkun jurnalistlərlə söhbətində ölkələrimiz arasında qədim tarixi köklərə söykənən dostluq və qardaşlıq əlaqələrinin hazırkı yüksək səviyyəsindən danışıb. Azərbaycanın və Türkiyənin birlikdə regionda enerji, nəqliyyat və digər sahələrdə mühüm layihələr həyata keçirdiyini vurğulayan diplomat hər iki dövlətin əldə etdikləri nailiyyətləri diqqətə çatdırıb.

Azərbaycanın Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi etdiyini deyən səfir bunun ölkəmizin qazandığı uğurların, habelə sürətli inkişafının təbliği baxımından mühüm imkan olduğunu bildirib.

Sonra səfir İsmail Alper Coşkun iftar mərasimində iştirak edən azərbaycanlı jurnalistlərin Türkiyənin daxili və xarici siyasətindəki prioritet istiqamətlər, bölgədə və dünyada baş verən proseslər və ölkələrimiz arasındakı münasibətlərlə bağlı suallarını cavablandırıb.

Tarix
2016.06.21 / 01:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla