Yuxarı

İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın “qardaş”ı İsrail əleyhinə bəyanata imza atmadı

İsrail-İran müharibəsi Hindistanı da ciddi narahat edir. Birincisi, Hindistan İrandan neft alır və bu ölkədə vəziyyət gərginləşərsə, Hindistanın İrandan neft alması çətinləşəcək. İkincisi, Hindistan İranın Cabahar limanının yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub. Limanın yenidən qurulmasının ümumi dəyəri isə 370 milyon dollardır. Müharibə davam edərsə, Hindistan bir müddət bu limandan istifadə edə bilməyəcək. Üçüncüsü, İsrail-İran müharibəsinin davamı Hindistanın ümid bəslədiyi Şimal-Cənub nəqliyyat dəhlizindən istifadəni mümkünsüz hala gətirəcək.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, buna baxmayaraq, Hindistan Çin və ya Rusiya kimi İsrailin İrana hücumunu qınayan bəyanat yaymayıb:

“Hindistan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olsa da, qurumun İsrail əleyhinə hazırladığı bəyanatına imza atmayıb. Dehli fərqli mövqedən çıxış edib. Hindistan Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda tərəfləri sadəcə danışıqlara və diplomatik kanallardan istifadəyə çağırıb. Halbuki, Şanxay Əməkdaşlıq Təşkilatının bəyanatında İsrailin İrana hücumu, o cümlədən insanların ölümünə yol açan mülki hədəflərin dağıdılması pislənilib. Bəyanatda İsrailin hücumları İranın suverenliyinə qəsd kimi qiymətləndirilib.

Yeni Dehli belə bir bəyanata imza ata bilməzdi. Çünki Hindistanın hərbi-texniki sahədə İsraillə sıx tərəfdaşlığı mövcuddur. İsrail son Hindistan-Pakistan toqquşmasında Dehlinin mövqeyini dəstəkləyib. Bu səbəbdən Dehli İsrail-İran müharibəsində neytral mövqeyə üstünlük verib. Buna baxmayaraq, Hindistan İranda vəziyyətin gərginləşməsindən narahatdır. Hindistan İranın Çabahar limanını yatırdığı kreditlər qarşılığında 10 illiyinə idarə etməliydi. Bunun reallaşması müharibə şəraitində mümkün görünmür. Ümumiyyətlə müharibə fonunda Avrasiya ölkələrinin İranla bağlı nəqliyyat layihələri müəyyən müddətə sıfırlanıb”.

Tarix
2025.06.16 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla