Yuxarı

Daha bir general öldü: İsrail onu da aradan götürsə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir general öldü: İsrail onu da aradan götürsə...

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Tehranın mərkəzində yerləşən hərbi qərargaha hava zərbəsi endirərək İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya"nın qərargah rəisi, general Əli Şadmanini öldürüblər. Müharibənin başlamasından cəmi dörd gün keçsə də, İran ordusunun və SEPAH-ın komandanlığı məhv edilib, onlarla general öldürülüb. İsrailin hansısa yüksək rütbəli hərbçisinin öldürüldüyü barədə məlumat yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“İran İraqla 8 il savaşda bu qədər general itirməmişdi. Aydındır ki, İsrail İrana qarşı müharibədə texnoloji üstünlüklərindən istifadə edir. Buna baxmayaraq, müharibədə döyüşən tərəflərdən biri orduya komandanlıq edənlərin böyük əksəriyyətini itirirsə, vəziyyətdən çıxış yolları axtarılmalıdır.

İsrail hazırda İranın ali dini liderinin ovuna çıxıb. Təl-Əviv bu hədəfinə də çatarsa, İran müharibəni dayandırmaq üçün ən ağır şərtləri qəbul etmək məburiyyətində qala bilər. İsrail qırıcı təyyarələri İran səmasında azad hərəkət edir. İran İsrailə yalnız raket zərbələri endirə bilir, hərbi təyyarələri havaya qalxa bilmir. Digər tərəfdən müharibəni davam etdirmək üçün kifayət qədər raket komplekslərinə malik olmalısan. İran əlindəki arsenalla müharibəni hələ nə qədər davam etdirə bilər?” - politoloq qeyd edib.

Tarix
2025.06.17 / 13:35
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla