Yuxarı

Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...

Xəbər verdiyimiz kimi, 17 iyunda 14:00-dan sonra Azərbaycanın müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərdiyi haqda məlumat yayıldı.

Axar.az bu məlumatın yayılmasından sonrakı mənzərəni təqdim edir:

- Tehranda İran rəsmi şəxsinin iqamətgahı vuruldu;

- İranın Mərkəz vilayətinə zərbə endirildi, SEPAH zabitləri öldürüldü;

- İsrail Katz elan etdi ki, Tehrandakı strateji obyektlərə zərbələr endiriləcək;

- İsrail ordusu İsfahandakı Vilaşəhr neft emalı zavoduna zərbələr endirdi;

- “Mehr” İranın mərkəzində yerləşən İsfahanda HHM-in aktivləşdiyi və İsrail PUA-larını vurduğu xəbərini yaydı (Yenə İsfahan);

- Reydə neft emalı zavodu vuruldu;

- Tehrandakı inzibati binalara və hərbi obyektlərə zərbələrin görüntüləri yayıldı;

- İsrail bugünkü əməliyyat görüntülərini paylaşdı. Görüntülərdə İranın Mərkəz vilayətindəki hərbi obyektlərin hədəf alındığı elan olunur;

- İranın cənub-qərbinə hücum edildi, “Mehr” yazır ki, hava hücumundan müdafiə sistemləri İsrailin hərbi təyyarəsini vurub;

- TASS ən son xəbəri paylaşıb: gecə yarısına yaxın Tehranda HHM sistemləri işləyir, artıq 2 saatdır ki, Tehranda partlayışlar baş verir...

Göründüyü kimi, İsrailin zərbələrinin hədəfi kimi İranın şimal-qərbi – azərbaycanlıların sıx məskunlaşdığı ərazilər yoxdur!

Tarix
2025.06.18 / 00:11
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla