Yuxarı

Azərbaycandan olan milyonçu Moskvada həbs olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan olan milyonçu Moskvada həbs olundu

Azərbaycandan olan milyonçu və Moskvanın iri firmalarından birinin rəhbəri qətl törətməyə görə həbs olunub.

Virtualaz.org xəbər verir ki, o, ağlagəlməz dərəcədə qəddar və həyasız şəkildə özünə sui-qəsd səhnələşdirib və baş verənlərə görə düşmənlərini günahlandırıb. Bu tamaşanı inandırıcı etmək üçün biznesmen öz sürücüsünün real qətlini də təşkil edib.

Qəzet yazır ki, hadisə aprelin əvvəllərində Moskva vilayətinin Mıtişi şəhərində baş verib. Biznesmenin adı və soyadı şərti olaraq "Armen Staşinyan" göstərilir, lakin onun milliyətcə azərbaycanlı, yaxud erməni olduğu haqda məlumat verilmir. Bildirilir ki, həmin vaxt biznesmen öz villasından xidməti BMW avtomobili ilə uzaqlaşmaq istəyəndə killer maşına atəş açıb. "Staşinyan" möcüzə nəticəsində sağ qalıb, ancaq sürücü aldığı 3 güllə yarasından hadisə yerində ölüb.

Hadisəni araşdıran müstəntiqlər əvvəlcə "Staşinyanın" sifarişli qətli cəhdi versiyasına üstünlük veriblər. Biznesmen deyib ki, o, Çindən Rusiya bazarına mal gətirir və işləri yaxşı getdiyindən rəqibləri onu aradan götürməyə çalışır. Lakin biznesmenin qurduğu tamaşa əməliyyatçılar üçün o qədər də inandırıcı olmayıb. Onlar müəyyən ediblər ki, biznesmen hadisəyə bir gün qalmış şəxsi mühafizəçilərindən imtina edib, sürücüsünü firmada başqa vəzifəyə keçirib və yeni sürücü işə götürüb.

Habelə ekspertiza müəyyən edib ki, atəş açılarkən biznesmen maşında olmayıb və sürücünün qanı onun üstünə sıçramayıb. Hərçənd ki, biznesmen hadisə zamanı maşında olduğunu və sürücünün yanında oturduğunu demişdi. Nəticədə müəyyən olunub ki, biznesmen killer tutaraq sürücünü güllələdib və bununla da özünə qarşı sui-qəsd görüntüsü yaradıb. Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin rəhbərinin köməkçisi Olqa Vradiy deyib ki, biznesmenə qarşı qətl ittihamı ilə cinayət işi qaldırılıb, onun həbsi məsələsi həll edilir.

Tarix
2016.06.22 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla