Almaniyanın Köln şəhərində Alman-Azərbaycan Mədəniyyət
Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman
Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı Soyqırımı
ilə bağlı "Köln Ev" adlanan yerdə yürüş mitinq
keçirilib.
"Axar.az"a verilən xəbərə görə, mitinqə müxtəlif Avropa
ölkələrindən gəlmiş insanlar, o cümlədən Köln-Dayanışma Azərbaycan
Dərnəyinin başqanı Ufuk Kamal, Belçika-Azərbaycan Dostluq
Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Alman-Azərbaycan Dostluq
Cəmiyyətinin sədri Naiba Hacıyeva Köln Ülkü Ocaqları, Atatürkçü
Düşüncə Dərnəyinin, müxtəlif diaspor fəalları, həmçinin almanlar
dəstək veriblər.
Səsgücləndirici ilə Xocalı soyqırımı və Qarabağla bağlı alman
dilində məlumat verilib, çıxışlar dinlənilib. Almaniya vətəndaşları
və müxtəlif ölkələrdən olan turistlər mitinqi maraqla
qarşılayıblar. Onlara Xocalı soyqırımı ilə bağlı broşürlər
paylanılıb. Xüsusilə, gənclərimiz ayrı ayrılıqda turistlərə Xocalı
soyqırımı və Qarabağ məsələsi ilə haqqında məlumat veriblər. Alman
polisinin verdiyi xəbərə görə, mitinqdə 500-dən yuxarı insan
iştirak edib.
Daha sonra isə tədbir çıxışlarla davam etdirilib.
İlk öncə çıxış edən Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı
direktoru Rəşad Xasayoğlu Xocalı soyqırımı ilə bağlı məlumat verib.
Sonra sözü Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri
Ceyhun Ələkbərova verib.
Mitinqin sonunda Kölndə yaşayan tarzən Vahid Vəliyevin ifasında
"Bayatı-Şiraz" muğamı səsləndirilib.