Yuxarı

Elçibəyin İsrail-Azərbaycan münasibətləri barədə tarixi çıxışı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçibəyin İsrail-Azərbaycan münasibətləri barədə tarixi çıxışı

Azərbaycanın keçmiş prezidenti, mərhum Əbülfəz Elçibəyin AXC Ali Məclisinin 26 fevral 1993-cü il tarixli sessiyasında İsrail-Azərbaycan münasibətləri haqqında tarixi çıxışı yayılıb.

Axar.az xəbər verir ki, bununla bağlı Pənah Hüseyn paylaşım edib.

Çıxışda deyilir:

“…Mən yenə o fikirdə qalıram ki, Azərbaycan Xalq Cəbhəsi Azərbaycan Xalq Hərəkatı, Azərbaycan Xalq Azadlıq idealları üçün doğulub, o dağılmaz. Azadlıq hərəkatını başa çatdırmayınca, AXC dağılmayacaq. İran inciyəcək ki, turançılıq belə gəldi və s. Bu yol belə də gedəcək.

Bəzən deyirlər, siyasətlə onu, bunu söyürsünüz - İran belə gəldi, Turan belə getdi. Bəli, kim gəlir-gəlsin, danışaq ikilikdə. Görək kim haqlıdır, öyrənək. Misir, İsrail, İran – üçü də bir-biri ilə düşməndir. Amma hamısı Azərbaycanı sevir. İsrailin Moskvadakı səfiri gəlib deyir ki, biz Azərbaycanla müttəfiqik. Azərbaycan müstəqil liyə doğru gedir. Yaxın Şərqdə ən yaxşı dövlət bu olacaq. Varı, intellektual güc var, azadlıq idealına yiyələnib, demokratik yolla gedir, mədəni bir ölkə ilə əlaqə yaradır və s. İranın da başqa bir əsası var. İran bilir ki, Azərbaycanla düşmən olmaq İranın parçalanmasını tezləşdirər.

Biz bircə şeyi bilməliyik. Hansı məsələ Azərbaycan millətinin xeyrinədir, onu etməliyik. Qardaşıq, dostuq, amma siyasət başqa şeydir”.

Tarix
2025.06.23 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla