Yuxarı

“Regnum”un Azərbaycana qarşı növbəti təxribatı - Eksklüziv

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Regnum”un Azərbaycana qarşı növbəti təxribatı - Eksklüziv

Rusiyanın ermənipərəst "Regnum" informasiya agentliyi azərbaycanlılara qarşı növbəti təxribat edib.

Bunu "Axar.az" ekskluziv açıqlamasında Krım Azərbaycanlıları Diaspor Təşkilatının rəhbəri Rəhim Hümbətov bildirib. Onun sözlərinə görə, bu informasiyanın ictimailəşməsi Ukraynada yaşayan azərbaycanlılar və Azərbaycan üçün olduqca əhəmiyyətlidir.

Onun fikirlərini diqqətə çatırırıq: "Azərbaycanlılar hansısa partiya, yaxud siyasətçinin deyil, Ukraynanın yanındadı. Rus-erməni informasiya agentliyi olan "Regnum" vəziyyətdən istifadə edib Ukrayna Millətçiləri Assambleyasının rəhbəri Rövşən Tağıyevin bəyanatını yaymaqla azərbaycanlıların bostanın daş atmağa çalışır. Rövşən Tağıyevin Ukrayna hadisələri ilə bağlı Azərbaycan kütləvi informasiyalarında yer alan çıxışına istinad edən "Regnum" bildirib ki, Ukraynadakı bütün azərbaycanlılar bir günün içində fikirlərini sürətlə dəyişiblər – dünən Yanukoviçi dəstəkləyirdilər, bu gün isə "avromaydançıları". Hamımız azərbaycanlı olsaq da, reallıqda Ukrayna Millətçiləri Assambleyası ilə Ukraynadakı Azərbaycan diaspor təşkilatları tamam başqa strukturlardı. Odur ki, birincinin fikirlərinin bütün azərbaycanlılar adından verilməsi sadəcə, təxribatdır. Ayrıca "Regnum"un "bir günün içərisində qərarlarını dəyişdilər" fikrinə gəlincə isə bildirmək istəyirəm ki, azərbaycanlıların diaspor təşkilatları ilk gündən Ukraynanın bölünməzliyini və qardaş qırğınının qarşısının alınmasında maraqlı olublar. Və dəfələrlə media vasitəsi ilə bəyan ediblər ki, diaspor təşkilatlarımız hansısa partiya, yaxud siyasi fiqurun deyil, bütöv Ukraynanın yanındadı. Hesab edirəm ki, provokasiyalara son qoyulmalıdı".

Tarix
2014.02.24 / 17:48
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla