Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Sentyabr 2020


İrəvana vaxt verildi: Rusiyanın Qarabağ təklifi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərəflər Sankt-Peterburqda Rusiyanın təkliflərini nəzərdən keçiriblər, sadəcə, konkret razılıq olmadığına görə hazırda prosesin ilkin mərhələsindədirlər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Azərbaycan prezidentinin Rusiyada Bakını narahat edən məsələlərdən danışdığını xüsusilə qeyd edib:

"Yəni söhbət erməni qoşunlarının geri çəkilməsindən və torpaqların azad edilməsindən gedir. Deməli, Rusiyada hansısa bir Qarabağ planı nəzərdən keçirilib. Sözügedən plan isə həm Minsk Qrupunun təkliflərində, həm də Madrid prinsiplərində öz əksini tapıb. Bu, birmənalı olaraq mərhələli həll planıdır. Hətta son vaxtlar Rusiyanın rayonların boşaldılması ilə bağlı ərsəyə gələn müəyyən təklifləri də çox güman ki, burada yer alır. Azərbaycan heç vaxt paket həll variantı ilə razılşamayacaq. Görüşdə konkret razılıq olmadığına görə tərəflər hazırda prosesin ilkin mərhələsindədir. Qarabağ məsələsi ilə bağlı müzakirələr də sırf bu istiqamətdə olub".

Politoloqun sözlərinə görə, əgər ermənilər mərhələli həll planını açıq şəkildə dilə gətirsələr, ölkədə iğtişaşlar baş qaldıracaq və Sərkisyan devriləcək:

"Ermənistana konkret addımların atılmasına dair vaxt verilib. Əgər İrəvan Qarabağla bağlı təklifləri qəbul etsə, Varşavada növbəti görüş baş tutacaq və bu görüşün gündəliyini daha konkret - mərhələli həll planı, torpaqların azad olunması, qaçqınların geri qayıtması və digər məsələlər təşkil edəcək".

Qeyd edək ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb.

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan PA rəsmisinin bu açıqlamasına münasibət bildirib və razılığın əldə olunmadığını deyib. Ancaq eyni gündə Ermənistan mətbuatı NATO-nun iyulun əvvəlində Varşavada baş tutacaq sammitində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti dəfə görüşə biləcəyindən yazıb.

Tarix
2016.06.24 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Köçəryan: Türkiyə Bakıya heç vaxt bu qədər açıq... - Video

Nə Lukaşenkonu, nə də Yaqublunu dəstəklədim...

Əl çəkin Tofiq Yaqubludan... – Politoloqdan çağırış

Sorğu verəcəm: Bu halda erməni səfir qovulmalıdır

AMEA bir şəxsin maraqlarına qurban verilir - Politoloq

Yaqublu işində “qan çıxarmaq” istəyənlər... – Millət vəkili

Bülbüloğlu qubernatora erməni təxribatından danışdı

Ombudsman AŞ-ın tədbirinə qatıldı

İrəvanda daha bir mitinq-yürüş: istefa tələb edilir - Foto

BAXCP sədri: Tofiq Yaqublu həyatını itirsəydi...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla