Yuxarı

Xocalı soyqırımı Finlandiyada anıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı soyqırımı Finlandiyada anıldı

Finlandiyada fəaliyyət göstərən "Dostluq" Cəmiyyəti bu ölkənin parlamenti qarşısında "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş mitinq təşkil edib.

Aksiya iştirakçıları əllərində "Xocalıya ədalət" yazılmış plakatlar və Türkiyə, Azərbaycan bayraqları tutublar.

"Dostluq" Cəmiyyətinin sədri Təranə Nəzərova mitinqdə çıxış edərək Xocalı soyqırımının ermənilərin insanlıq əleyhinə törətdiyi ən dəhşətli cinayət olduğunu bildirib. Daha sonra Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Mitinqdə Azərbaycan və Türkiyə diaspor təşkilatların üzvləri, azərbaycanlı tələbələr, eləcə də Finlandiya ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir zamanı Xocalı soyqırımı ilə bağlı videomateriallarla birgə imzalanmış petisiya Finlandiya Xarici İşlər Nazirliyinə və Finlandiya parlamentinə göndərilib. (Trend)

Tarix
2014.02.24 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla